Milli Məclisin sədri Sahibə xanım Qafarovanın başçılığı ilə nümayəndə heyətimizin fevralın 7-dək Baltikyanı respublikalarına rəsmi səfəri başlayıb.
Deputat Elnur Allahverdiyev Qanunla.Az-a açıqlamasında bildirib ki,nümayəndə heyətimizin tərkibinə Latviya, Litva və Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri Kamran Bayramov, Nəsib Məhəməliyev və Jalə Əhmədova, deputat həmkarım Rəşad Mahmudov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri bu ölkələrin parlament sədrləri, parlamentlərarası dostluq qrupları və digər rəsmi şəxslərlə də bir sıra görüşlər keçirəcək, qarşılıqlı əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.
Fevralın 3-4-də Tallində Ukrayna, Gürcüstan və Moldova parlamentlərinin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri ilə Baltik Assambleyanın İqtisadiyyat, Energetika və İnnovasiyalar komitələrinin iclasında iştirak edəcəm.



























