image-qanunla-reklam
image-1657344743-pokusheniye_na_abe_090722

Sabiq Baş naziri güllələyən şəxs əməlinin səbəbini AÇIQLADI

image-lady-day-az

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan 41 yaşlı Nara prefekturasının sakini Tetsuya Yamaqami polis tərəfindən dindirilərkən əməlinin səbəbini açıqlayıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Ş.Abe Yamaqami ailəsini ciddi maliyyə problemləri ilə üzləşdirən müəyyən bir qrupa aid idi.

“Anam bu qrupa cəlb olunmuşdu, bu qrup üçün böyük bir ianə etdikdən sonra ailəmiz maddi problemlərlə üzləşmişdi”, -T.Yamaqami bildirib.

Hazırda hansı qruplaşmanın nəzərdə tutulduğu açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki