Ukraynanın pilotsuz uçuş aparatları Moskva və Kaluqa vilayətləri və Sevastopol ərazisi üzərində səmada məhv edilib.
Qanunla.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, Moskvaya doğru hərəkət edən iki pilotsuz təyyarə Kaluqa vilayətinin Maloyaroslavski rayonu və Moskva vilayətinin Odintsovski rayonu ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bundan əlavə, Sevastopol yaxınlığında hava hücumundan müdafiə qüvvələri Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib. Daha doqquz pilotsuz təyyarə elektron müharibə ilə sıxışdırılıb və Qara dənizə düşüb.
Qarşısı alınan pilotsuz təyyarələrin hücumları nəticəsində tələfat və dağıntı olmayıb.