image-qanunla-reklam
image-1658814080-volodymyras-zelenskis-89754735

Rusiya Ukraynada 40 minə yaxın əsgərini itirib” – Zelenski

image-lady-day-az

Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya Federasiyası 40 minə yaxın əsgərini itirib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Volodimir Zelenski videomüraciətində bildirib.

“Artıq dörd aydır ki, Rusiya dövləti öz vətəndaşlarına işğalçı kontingentin itkiləri ilə bağlı heç bir məlumatvermir. Tam sükut. Siyasi və hərbi səviyyədə çoxsaylı müsahibə və çıxışlarda heç nə dərc edilmir və deyilmir. Ancaq bu rəqəm artıq 40 minə yaxındır” -deyə Zelenski bildirib.

O, Rusiyada hələ də hər hansı əlaqəsi olan və ya cəmiyyətinə informasiya təsiri olan hər kəsi bu faktı mümkün qədər çatdırmağa çağırıb.

Fevralın 24-də Rusiya Federasiyası Ukraynaya qarşı müharibənin yeni mərhələsinə – genişmiqyaslı işğala başlayıb. Rus işğalçıları Ukraynanın dinc şəhər və kəndlərini atəşə tutur, bombalayır, dinc əhaliyə işgəncə verir və öldürürlər. Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarına inadla müqavimət göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki