image-qanunla-reklam
image-maxresdefault

Qoşulmama Hərəkatı təşkilatı

image-lady-day-az

Qoşulmama Hərəkatı təşkilatı

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı  konkret tarixi şəraitdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir. Qoşulmama Hərəkatı yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir.
Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. Qoşulmama Hərəkatı BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir əvəzləmə edir. Eyni zamanda, Büro sədri BMT TŞ-nin iclaslarında iştirak edə və təşkilata üzv dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi zamanı Qoşulmama Hərəkatının vahid mövqeyini ifadə edə bilər. Hərəkatın müxtəlif mövzuları üzrə İşçi və Əlaqə Qrupları və Komitələr mövcuddur. Bu qrupların əsas məqsədi Hərəkatın fəaliyyətinə töhfə verməkdir.
Təşkilatın üzv olmaq istəyən dövlətin Dövlət və ya Hökumət başçısı və ya xarici işlər naziri Qoşulmama Hərəkatının Sədrinə yazılı şəkildə müraciət edir və müraciət əsasında məsələ Hərəkatın Sammiti və ya Nazirlər Görüşünə çıxarılır. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Təşkilata yeni üzvün qəbulu zamanı heç bir üzv dövlət əleyhinə olmamalıdır.

Şahnaz Mustafayeva-Tarix diyarşünaslıq muzeyinin direktoru

 

10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir

Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Bu hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Dünyada baş verən mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Artıq 10 ildir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv qəbul edilib. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verdi. Təsadüfi deyil ki, Prezidentimiz cənab İlham Əliyevin Qoşulmama Hərəkatına verdiyi töhfə üzv dövlətin liderləri tərəfindən yüksək qiymətləndirilməkdədir.
Cənab Prezidentimizin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il iyulun 13-də onlayn formatda keçirilmiş aralıq konfransında çıxışında təşkilatın nüfuzunun yüksəlməsi, eləcə də Azərbaycanın üzv dövlətlərlə münasibətlərə necə önəm verməsini bir da ortaya qoydu.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, lakin COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.
Belə ki, 2020-ci ildə pandemiyanın dünyanı əsarətə götürdüyü bir vaxtda ilk dəfə olaraq Prezidentimiz cənab İlham Əliyev tərəfindən COVİD-19-la bağlı BMT çərçivəsində Xüsusi iclasın keçirilməsi təklif edilmişdi.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu

2021-ci il iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransı keçirilib və bu konfransda dövlətimizin başçısı cənab İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.
Öz çıxışında cənab Prezidentimiz “Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olduğunu” bir daha bildirmişdir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.
Azərbaycan Ordusu dövlət başçımızın, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır.
Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.
Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin alovlanmasına qarşı mübarizədə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə münaqişənin hərbi yolla həllinin mümkün olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını nümayiş etdirdi.
Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini

 

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdılıb.

İnsanı insan edən, onu digər canlılardan fərqləndirən yaddaşdır. Xalqı keçmişindən və gələcəyindən məhrum etmək üçün onun tarixi yaddaşını oğurlamaq, silmək və məhv etmək kifayətdir. Yüz illərdir erməni millətçiləri də buna çalışmış və Azərbaycan xalqının tarixi yaddaşını yox etmək üçün maddi və mənəvi abidələrimizi məhv etməyə can atmışlar..Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Ermənistan Respublikası xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia etmişdir. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi. Bəli, Qarabağla bağlı haqq da, həqiqət də, tarix də bizim tərəfimizdədir. Və şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Vəfa Bayramova-Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Azərbaycanın Qoşulmama Hərəkatının nüfuzunu artıran beynəlxalq təşəbbüsləri

Prezident İlham Əliyev respublikanın yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir.
Bu gün Azərbaycan dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Qoşulmama Hərəkatına (QH) sədrlik edir. Bu işin mahiyyətini anlamaq üçün əvvəlcə Qoşulmama Hərəkatının dünyadakı roluna, fəaliyyətinə diqqət yetirək. Yeri gəlmişkən, bu təşkilatın yaradılması fikri 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülmüşdür. Qoşulmama Hərəkatı 1961-ci ildə ilkin olaraq “soyuq müharibəni” sakitləşdirmək, gərginliyi azaltmaq məqsədilə yaradılıb. 2012-ci ildən etibarən hərəkata üzv dövlətlərin sayı 120-yə çatmışdır.
Azərbaycan bu hərəkata 2011-ci ildən qoşulmuşdur. QH-yə üzv olmasından cəmi 8 il sonra – 2019 cu ildən etibarən (2019-2022) ölkəmiz təşkilatın sədri seçilmişdir. Qeyd edək ki, bu proses, hərəkata üzv dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində təşkil edilməsi və səsvermə nəticəsində sədrliyin Azərbaycana etibar olunması ilə başlamış, 2019-cu ildə isə rəsmiyyət qazanmışdır.
Azərbaycan təşkilatın sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdi. Dövlət başçımızın iyulun 13-də dediyi kimi, biz Qoşulmama Hərəkatının təmas qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdük və 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdik: “Təmas qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər”.
Qeyd edək ki, zirvə görüşünün nəticəsi olaraq, həm də Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Fəxr edə bilərik ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə QH ölkələrinin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Həmin görüş zamanı ölkə başçısı QH adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Daha sonra bu təşəbbüs BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də xüsusi sessiya baş tutdu. Beləliklə, QH-yə sədr seçilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Azərbaycan hərəkata sədrliyi zamanı öz fəaliyyət istiqamətini tarixi Bandunq prinsiplərinə əsasən qurmuşdur. Təsadüfi deyil ki, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüklərinin qorunması, qarşılıqlı əlaqələrin gücləndirilməsi və əməkdaşlığın təşviqi kimi müddəaları özündə cəm edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür.
Ölkəmizin bu istiqamətdə qarşıya qoyduğu birinci məqsəd, beynəlxalq hüququn normalarına tam şəkildə əməl olunmasını təmin etməkdir. Prezident İlham Əliyevin də dediyi kimi, bu mənada görüləcək çox iş var. Ərazi bütövlüyü məsələsinə gəldikdə isə bildirmək lazımdır ki, sərhədlərin güc yolu ilə dəyişdirilməsi, bu yolla ölkələrin suverenliyinin pozulması, eləcədə daxili işlərə müdaxilə yol verilməz hallardır.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi müddətində millətlər və təşkilatlar arası dialoqun qurulması və inkişaf etdirilməsi, eləcədə əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üçün səylər göstərmişdir. Bu təşkilata üzv dövlətlərin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir. Buna görə də hərəkat çərçivəsində sadəcə bu baxımdan deyil, iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsi çox önəmlidir. Əlbəttə, bu mənada da xeyli işlər görülüb və görülməkdədir.
Eyni zamanda, Azərbaycanın sədrliyi zamanı az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ölkələrin üzləşdiyi təhdidlərə, problemlərə diqqət artırılmışdır. Qeyd edək ki, 2005-ci ildən başlayaraq, Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Ölkəmizin Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif dövlətlərdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması və digər sahələr üzrə layihələr həyata keçirir. Bundan əlavə, 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv olan dövlətlərin vətəndaşlarının ölkəmizdə təhsil alması üçün təqaüd ayrılmışdır. Bütün bunlar Azərbaycanın QH-də, ümumilikdə, beynəlxalq arenada nüfuzunu artıran amillərdən bəziləridir. Qeyd edək ki, Azərbaycanın bu təklifi qəbul edilib. Beləliklə, 2022-ci ildə 3 illik sədrliyi yekunlaşmalı olan Azərbaycan növbəti sədr Uqandanın hazırda sədrliyi təhvil ala bilməyəcəyini açıqlamasından sonra daha bir il – 2023-cü ilin sonunadək Qoşulmama Hərəkatının sədri olacaq.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

2020-ci il Azərbaycan üçün əlamətdar il olub – Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri uğurla həll edilib.
Azərbaycan dövləti 30 ilə yaxındır ki, Ermənistanın təcavüzünə dözür. Bu dözümdə məqsəd qorxudan deyil, düşmənin başını əzmək üçün güc toplamaqdan ibarət idi. Ermənistan illərdir, istər Azərbaycanda, istər dünyada və digər dövlətlərdə yaşayan azərbaycanlılara qarşı zor tətbiq edir, onları sındırmağa və əzməyə çalışırdılar.
30 ilə yaxındır ki, Azərbaycanın 20 faizini işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Onların ucbatından bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Dəfələrlə Azərbaycana qarşı soyqırım törədən, bu soyqırımların ən böyüyünü Xocalıda edən Ermənistan aparıcı beynəlxalq dövlətlərin heç bir qətnamə və tələblərinə məhəl qoymayıb.
Bu qətnamələrə məhəl qoymayıb səbrimizi daşıran Ermənistana ötən ilin sentyabrında biz sarsıdıcı zərbə vurduq. 30 ildir dözüb, səbr etdiyimiz təcavüzü dayandırdıq. Bu təcavüzə cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altındakı ərazilərin böyük hissəsini azad edib.

Vəfa Xəlilli-Gəncliyə dəstək ictimai birliyin sədri

 

Azərbaycana göstərilən önəmli beynəlxalq dəstək

Zaman göstərdi ki, İlham Əliyev dünyanın iki ən mötəbər təşkilatından biri olan Qoşulmama Hərəkatının üzvü və sədri olmağın verdiyi imkanlardan Azərbaycanın maraq və mənafeləri üçün düzgün yararlanmağı bacaran liderdir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışını son iki il ərzində Azərbaycanın  Qoşulmama Hərəkatının sədri statusunda qlobal miqyasda gördüyü işlərin hesabatı və qarşıda görüləcək işlərin “yol xəritəsi” kimi də dəyərləndirmək olar. Belə ki, Qoşulmama Hərəkatının Xarici İşlər nazirlərinin aralıq konfransında çıxış edən Prezident 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edildiyini xatırlatdı və eyni zamanda ölkəmizin 10 il əvvəl bu Hərəkata üzv olduğunu qeyd etdi: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi”

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu

Ən mühüm məqam Azərbaycanın 30 illik münaqişəyə son qoyması, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsidir. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşmuşdur. Azərbaycanın bu şanlı Qələbəsi də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Eyni zamanda, məlum olduğu kimi, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Cənab Prezidentin vurğuladığı kimi, biz artıq azad olunmuş ərazilərdə yenidənqurma işlərinə başlamışıq: “Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”. Göründüyü kimi, Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır.

Mübariz İsmayılov-Təqaüdçü müəllim

 

Azərbaycan Qoşulmama Hərəkatında öz humanitar missiyasını məsuliyyətlə icra edir

Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Bu hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Dünyada baş verən mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Artıq 10 ildir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv qəbul edilib. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
2021-ci iliyulun 13-də İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransı keçirilib və bu konfransda dövlətimizin başçısı İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Öz çıxışında Prezidentimiz “Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olduğunu” bir daha bildirmişdir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.
Azərbaycan Ordusu dövlət başçısının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır.
Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir. Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin alovlanmasına qarşı mübarizədə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda təqdim olunan çıxışında da dövlətimizin başçısı İlham Əliyev bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
Qoşulmama Hərəkatının COVID-19-la mübarizə sahəsində göstərdiyi səylərdən geniş bəhs edən cənab İlham Əliyev bu hədəfi də açıqlamışdır ki, qurum koronavirus pandemiyasından sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır.

Ceyhun Abdullayev-YAP üzvü, fəal gənc

 

10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Azərbaycan təşkilata qoşulan sonuncu ölkədir. İndiyə kimi iki dəfə 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul edilib. Maddə münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllini nəzərdə tutur. Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. 2018-ci ilin 5 aprel tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Belə ki, 2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar və növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcəyi təsdiq edilib.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki