image-qanunla-reklam
image-1650552438-1650551412_tavio-klaar-1649698914

“Qarabağda baş verən insident danışıqların irəliləyişinin zəruriliyindən danışır” – Toivo Klaar

image-lady-day-az

“Qarabağda bazar günü, martın 5-də baş vermiş insident Bakı ilə İrəvan arasında danışıqların irəliləyişinin zəruriliyindən danışır” .

“Qanunla.az” xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter-də yazıb.

O, ABŞ dövlət katibi Entoni Blinkenin , Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın fevralda Münhendə keçirilən görüşündən sonra sülh prosesinin irəliləməsi üçün  Bakıda Azərbaycan rəhbərliyi ilə substantiv müzakirələr aparacağını gözlədiyini bildirib .

“Bugünkü ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqların irəliləməsinə təcili ehtiyac olduğunu göstərir”, – Klaar bildirib.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki