image-qanunla-reklam
image-qarabag-yeni1

“Qarabağ”dan heç-heçə: Azərbaycanın xalı artdı

image-lady-day-az

Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Qanunla.Az xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.

Buna “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer 04″lə matçı səbəb olub.

Evdəki heç-heçə (2:2) sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə edilib.

Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,875-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 20,125-dir.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmiz Bolqarıstana (26-cı yer) yaxınlaşıb. Bolqarıstanla fərq 0,250-dir.

Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki