image-qanunla-reklam
image-1693371742_rtx6d088-pic905-895x505-38018

Qabonda dövlət çevrilişi elan edildi

image-lady-day-az

Qabonda yüksək rütbəli bir qrup zabit ölkənin əsas televiziya kanalı olan “Qabon 24”də prezident seçkilərinin nəticələrini və hakimiyyət institutlarının ləğvini elan edən bəyanatla çıxış edib.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Agentliyin məlumatına görə, zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və bütün Müdafiə Nazirliyi və ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Ölkənin paytaxtı Librevildə atışma baş verib.

Hərbçilər avqustun 26-da keçirilən president seçkilərini tanımadıqlarını elan ediblər. Jurnalistlər hələ də Qabon hökumətindən açıqlama ala bilməyiblər.

Bundan əvvəl Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən prezident seçildiyi bildirilirdi. Müxalifət seçkilərin nəticələrini tanımayıb və səsvermənin saxtalaşdırıldığını bəyan edib.

Qabonun hazırkı prezidentinin ailəsi 56 ildir ölkədə hakimiyyətdədir. Hazırkı prezidentin atası El Hac Omaar Bonqo Ondimba 1967-2009-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki