image-qanunla-reklam
image-1674632059_zelenski

“Putinlə Zelenski sonuncu dəfə 2019-cu ildə görüşüblər” – Peskov

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin bir neçə ildir ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmır.

Qanunla.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində görüşüblər. Həmin vaxt prezident Putin Ukrayna rəhbəri ilə görüş keçirib”, – deyə Peskov vurğulayıb.

2019-cu il görüşündən sonra liderlər 2020-ci ildə telefonla danışıblar, sözçü deyib, lakin o vaxtdan bəri heç bir əlaqə olmayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Ukrayna Rusiya ilə danışıqlardan və diplomatik təmaslardan əl çəkməməlidir, çünki başqa cür münaqişəni həll etmək mümkün olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki