image-qanunla-reklam
image-erdogan-baki

Putin iradında haqlıdır – Ərdoğan

image-lady-day-az

Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır.

Qanunla.Az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, – o bildirib.

Qeyd edək ki, Putin Ukraynadan taxıl daşınması ilə bağlı şərtlərin pozulduğunu, taxılın yoxsul ölkələr əvəzinə, Avropaya daşındığını bildirərək, Ərdoğanla bu barədə məsləhətləşmə aparacağını demişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki