image-qanunla-reklam
image-1711705071_image_750x_66066b5994865

Putin hansı halda G20-yə dəvət olunacaq? – Makron açıqladı

image-lady-day-az

Bütün iştirakçı ölkələr razılaşarsa, Rusiya prezidenti Vladimir Putin noyabrda Braziliyada keçiriləcək G20 sammitinə dəvət oluna bilər.

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Braziliyaya səfəri zamanı mətbuat konfransı zamanı bildirib.

Makronun sözlərinə görə, iyirmi sənayeləşmiş ölkənin birləşməsinin məqsədi digər 19 ölkə ilə konsensusa nail olmaqdır ki, bu da Braziliya diplomatiyasının problemi olacaq.

O xatırladıb ki, Putini 2019-cu ilin avqustunda Fransada keçiriləcək G7 sammitinə dəvət etmək fikrindən məhz “Yeddilik” qrupunda bu məsələdə konsensus olmadığına görə imtina edib, əvəzində Rusiya prezidenti ilə ayrıca görüş təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki