image-qanunla-reklam
image-1689844491-1659083296-1624088522-baki-baki-hava

Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir

image-lady-day-az

Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır ki, bunlardan biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.

Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir daha diqqəti dövrün əsas çağırışı olan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasına yönəldərək bildirdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub: “Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.”

Milli Prioritetlərdə də bu çağırış əsas yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.

Cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində həmin gün imzalanan üç investisiya sazişinə diqqəti yönəldərək bildirdi ki, planlarımız daha genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. Zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq,  yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.  Bütün planlarımız həyata keçəcək.

Bugünkü iqtisadi inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və hazırda onun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dayanır. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırdı, böyük investisiyalar məkanına çevirdi, sabitlik diyarı kimi mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”ndən sonra onlarla neft və qaz müqaviləsinin, Anlaşma Memorandumunun imzalanması ölkəmizə olan inamın göstəricisidir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Dövlətimizin düşünülmüş siyasəti nəticəsində təkcə enerji deyil, bütün sahələrdə planlarımız gerçəkləşib

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir: “Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.”

Azərbaycandakı investisiya mühitinə gəldikdə, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 ildə ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. İyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.

Dövlət başçısı bu hədəfi açıqladı ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Bir neçə aydan sonra yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Bütün bunlar onu göstərir ki, dövlətimizin düşünülmüş siyasəti nəticəsində təkcə enerji deyil, bütün sahələrdə planlarımız gerçəkləşib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə Azərbaycan amilinə xüsusi önəm verilir. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudduğu xüsusi qeyd edilir.

Ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olması da əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində öz sözünü deyir. Oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı bütün bu məqamlara işıq saldı. Bu stansiya Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Prezident İlham Əliyevin mərasimdəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini təsdiqləyir. Belə ki, “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda – təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir. Eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir: “Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır. Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq.”

Azərbaycan daim yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır. Bu ondan irəli gəlir ki, ölkəmiz səylərin birləşdirilməsində, təcrübə mübadiləsinin aparılmasında maraqlıdır və bunu reallıqda təsdiqləyir. Cənab İlham Əliyev bundan sonra layihələrin çox olacağı ilə bağlı əminliyini ifadə etməklə yanaşı, onların reallığa çevriləcəyini də xüsusi vurğulayır. Azərbaycan hər zaman hər bir layihənin uğurlu sonluqla baş çatmasına səy göstərir.

Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanan üç investisiya sazişi də əməkdaşlığın gələcəyi barədə aydın təsəvvür yaradır. “Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan çox geniş bərpa olunan enerji potensialına malikdir.

Bizim quruda 27 GVt-dan artıq külək və günəş enerjisi, Xəzər dənizində isə 157 GVt dəniz külək enerjisi potensialımız var. İşğaldan azad edilmiş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda külək, günəş və su enerjisinin ümumi perspektivi 10 GVt-a yaxındır.

Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır.

Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hal-hazırda beynəlxalq enerji şirkətləri – “Masdar”, “ACWA Power” və “bp” ilə ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir.

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.”

Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Qeyd edək ki, enerji və təchizatın təhlükəsizliyi, “yaşıl enerji”yə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının əsasını da cənab İlham Əliyevdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan alternativ enerji sahəsində də ciddi nailiyyətlərə imza atır

Məlumdur ki, təbii qaz Avropanın iqtisadi inkişafı üçün mühüm enerji resursudur və Aİ-yə üzv dövlətlər xarici enerji təchizatçılarından çox asılıdır. Azərbaycan daxili resurslar, şaxələndirilmiş enerji balansı və təchizat bazarları hesabına davamlı enerji müstəqilliyinə malik ölkələrdən biridir və Avropa bazarını fasiləsiz enerji təchizatı ilə təmin etmək iqtidarındadır.

Azərbaycan dövləti uğurlu enerji siyasəti həyata keçirir. Hazırda ölkəmiz etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə bir strategiya ölkəyə qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməyə imkan verib. Bu gün dünyada, eləcə də yaxın regionumuzda baş verən konfrantasiyalar fonunda Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Hər il ölkəmizdə keçirilən ənənəvi Bakı Enerji Həftəsində dünyanın müxtəlif  ölkələrindən yüzlərlə qonaq iştirak edir. Bu il də belə oldu. Bu fakt ölkəmizin artan nüfuzunun göstəricilərindən biridir. Bu mötəbərlər tədbir bir daha təsdiqləyir ki, dövlətimizin enerji diplomatiyası qlobal enerji təhlükəsizliyində və regional davamlı inkişafın təmin olunmasında güclü rol oynayır.

Əgər əvvəllər Azərbaycan Cənub Qaz Dəhlizi  layihəsini həyata keçirməyə yeni başlayanda ölkəmizin qaz mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verə biləcəyinə şübhə ilə yanaşan müəyyən dairələr var idisə, bu gün vəziyyət kəskin şəkildə dəyişib. Avropa İttifaqının  qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu artırmaq imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir.

Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan alternativ enerji sahəsində də ciddi nailiyyətlərə imza atır. Çünki dünyada alternativ enerji mənbələrinə keçid əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycanın da alternativ enerji potensialı yüksəkdir. Hazırda “yaşıl iqtisadiyyat”a, o cümlədən də bərpa olunan enerjiyə keçidin dünyada çağırışlardan birinə çevrildiyini nəzərə alsaq, müasirləşməni strateji inkişaf kursu kimi müəyyənləşdirən Azərbaycan üçün də bu amil prioritetdir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Alternativ  enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək

Ölkəmizdə  son illər “yaşıl enerji”nin tətbiqi istqamətində mühüm tədbirlər həyata keçirilir. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi də bunu təsdiqləyir.  2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiyanın açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Dövlətimizin başçısı mərasimdə vurğulayıb: “…Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır”.

Ümumiyyətlə, alternativ  enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan dövləti bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Azərbaycan dövlətinin ölkənin enerji müstəqilliyini bərpa olunan mənbələr hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərməsi heç də təsadüfi deyil. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Cənab Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib.  Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır. Bununla da, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə də enerji ixracını əhəmiyyətli dərəcədə artıra biləcək.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Çoxsaylı layihələrin başlanğıcı

“Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Reallığa çevrilən hər bir layihə keçilən yolun təhlilini bir zərurətə çevirir. Bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə, ilyarım ərzində açılış mərasimin keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimini Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbir kimi dəyərləndirən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir “Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir” fikirləri ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etdi. O da bildirildi ki, Qaradağ Günəş Elektrik Stansiyası ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir. Bu, 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək və karbon dioksid emissiyalarını ildə 200 min ton azaldacaq layihədir.”

Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir: “Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Məhz yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Sözügedən açılış mərasimində də qeyd olunduğu kimi, Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirildi. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.”

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Dövlət başçısı İlham Əliyev:növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq

İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bütün planlarımız həyata keçəcək. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə açılışı yaxşı nümunə və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə Azərbaycanla  işləmək üçün yaxşı siqnal olacaq. Milli neft şirkətlərimiz ADNOC və SOCAR artıq rəsmi olaraq tərəfdaşdır. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlıq yeni mərhələyə yüksəlir. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir.”

Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Təbii ki, bu, düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlaması davamlı uğurlarına geniş yol açır.

Bu sahəyə investisiyaların cəlb edilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin bərpa olunan enerji resurslarına malikdir. Bu torpaqlarda bərpa-quruculuq işlərinin tezliklə başa çatması fonunda böyük investisiyalar məkanına çevriləcəkləri qaçılmazdır. O da məlumdur ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan edilib. Azərbaycanın tərəfdaşları, həmçinin bu və ya digər ölkənin şirkətləri ilə genişlənən əlaqələri bu sahədə də öz sözünü deyəcək. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Bu reallıq da aydındır ki, neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Hazırda Azərbaycan neft və qazı müxtəlif istiqamətlərə ixrac edir.

Açılış mərasimində son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yönəldildiyini qeyd edən millət vəkili bildirib ki, bu dövrdə ümumi daxili məhsulun dörd dəfədən çox artması, yoxsulluq səviyyəsinin 50 faizdən 5,5 faizə endirilməsi yüksək göstəricidir. Bu onu deməyə əsas verir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Dövlət başçısı İlham Əliyev bu hədəfi açıqladı ki, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Ölkəmiz bu məqsədlə həm tərəfdaşları, həm də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əlaqələrini genişləndirir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlanan iqtisadi inkişafın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində stimulverici amildir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləyir, bir layihənin uğurlu sonluqla başa çatması digər bir layihənin gündəmə gətirilməsini şərtləndirir, dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da  230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bir  daha Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirdi ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir.

Stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub: “Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Azərbaycanda mövcud sabitlik və normal biznes mühiti investisiya cəlbediciliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Ən əsası düzgün müəyyələşdirilən siyasətin nəticəsi olaraq qısa müddətdə böyük investisiyalar məkanına çevrilən Azərbaycan iştirakçısı olduğu bu kimi layihələrlə mövqeyini daha da möhkəmləndirir. Cənab İlham Əliyev “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda – təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir” fikirləri ilə ölkəmizin gələcək iqtisadi inkişafının real mənzərəsini təqdim etdi.”

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası elan olunub

Qaradağ Günəş Elektrik Stansiyasının açılışı mərasimi çərçivəsində üç investisiya sazişinin imzalanması da layihələrin davamlılığından xəbər verir. Belə ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası  layihələri, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalandı. Cənab İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığını ifadə etdi.

Azərbaycan hər zaman əməkdaşlıqda, səylərin birləşdirilməsi əsasında hədəflərə doğru inamla irəliləməkdə maraqlıdır: “Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji  mənbələrinə investisiyaların yatırılmasıdır, bu halda reallığa çevrilən belə layihələr Azərbaycanın qeyd olunan sahədə böyük potensiala malik olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu məqama xüsusi diqqət çəkdi ki, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası elan olunub. Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var: “Külək də artıq bu sərvətə çevrilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hədəflər və onlara çatmağın yolları öz əksini tapıb. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birlik var. Bütün məqsədlərimizə nail olacaq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki