image-qanunla-reklam
image-bez-nazvaniya

Ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakter daşıyır

image-lady-day-az

Ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakter daşıyır

 Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.

Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak ediblər.

Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da həm mərkəzi, həm də yerli icra orqanlarında  təmizləmə işləri aparılacaqdır.

İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.

Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

 

Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar

Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.

Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur.

Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən təşkilatlarla daha səmərəli iş görülməlidir. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.

Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisinrolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır.

Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir.

Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir.

Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır.

Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir.Azərbaycanın xarici siyasəti situativ deyil. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var.

Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir.İslahatlarınsəmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Siyasi dialoq siyasi islahatların başlanğıcı kimi

Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin möhkəmlənməsində maraqlıdır və hüquqi-siyasi sahədə aparılan islahatlar bu prioritetin həllinə yönəlib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması bu çağırışdan irəli gəlir. Növbəti mərhələdə bu parlament öz çoxpartiyalı tərkibi ilə demokratik prinsiplər əsasında siyasi islahatlara da öz mühüm töhfəsini verməlidir.

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edir ki, bu, demokratiyanın inkişafında önəmli addımdır: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.

Dövlət siyasi partiyalararası dialoqu siyasi islahatların mühüm elementi kimi qiymətləndirir. Prezident Administrasiyasında müxtəlif partiya rəhbərləri ilə görüşlərin keçirilməsi insiativi məhz bu yanaşmanın ifadəsidir.

Beləliklə, dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır və bu yeni modeldə Milli Məclisdən də gözləntilər var: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Sosial-iqtisadi sahəyə yeni impuls

2019-cu il ölkəmiz üçün sosial-iqtisadi sahədə olduqca mühüm hadisələrlə yadda qaldı, bu sahədə inqilabi xarakterli islahatlar həyata keçirildi. İslahatların hakimiyyətin bütün qollarına qədər şaxələnməsi zərurəti həm də ondan irəli gəlirdi ki, bütün qanadlar başlanmış yeni siyasi kursa öz fəaliyyət müstəvisində müvafiq olaraq dəstək verə bilsin. Parlamentin yenilənməsi məhz bu zərurətdən irəli gəlirdi və növbədənkənar seçkilərlə bu, reallaşdı. Artıq növbə parlamentindir: qanunvericilik bazası yenilənməli, yeni çağırışlara uyğun təşəbbüslər ortaya qoyulmalıdır. Prezident qanunlara yenidən baxılmasının əhəmiyyətli olacağı mesajını açıq mətnlə ifadə etdi və bildirdi ki, mövcud qanunlar doqma deyil: “Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir”.

Sosial-iqtisadi sahədə aparılan islahatları da dərinləşdirmək, keyfiyyətcə yeni mərhələyə çıxarmaq, bütün alətlərin funksionallığının artırılmasına xidmət etmək məqsədi ilə bu sahədə də yeniliklər arzuolunandır. Prezident deyir: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.

Millət vəkilinin funksiyası həm də dövlətin sosial siyasətinin realizəsidir. Deputatın seçicilərinin qayğılarını araşdırması, problemin müvafiq qurumlar qarşısında qaldırılması, qanunvericilik bazasını bu problemlərin həllinə uyğunlaşdırmaq gözləntisi yalnız sosial sifariş deyil, həm də dövlətin parlamentdən istəyidir.

Prezident parlamentdəki çıxışında bu kontekstdə dedi: “Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir

Köklü islahatların aparıldığı vaxt hakimiyyətin üç əsas qolundan biri olan qanunverici orqan kənarda qala bilməzdi. Milli Məclisə keçirilən növbədənkənar seçkilər də qanunverici orqanın proseslərlə ayaqlaşması, yeni dövrə uyğunlaşması məqsədi daşıyırdı. Beləliklə, beynəlxalq nüfuzlu təşkilatların da etiraf etdiyi kimi, tam demokratik və şəffaf şəkildə ölkədə parlament seçkiləri reallaşdı. Siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Avropa İttifaqı da seçkilərin keçirilməsi ilə bağlı obyektiv bəyanat verərək Azərbaycan parlamenti ilə əməkdaşlığa hazır olduğunu bildirdi.

Hazırda ölkədə həyata keçirilən islahatların həm konseptual, həm də struktur xarakteri yüksək əhəmiyyətə malikdir. Azərbaycan sosialyönümlu dövlətdir, atılan addımların və reallaşdırılan bütün layihələrin mərkəzində şübhəsiz ki, insan amili dayanır. Bu, dövlətin qəbul etdiyi qərarlarda daha aydın nəzərə çarpır. Belə ki, minimum əməkhaqlarının, pensiyaların müntəzəm şəkildə artırılması, bununla yanaşı, şəffaflıq prinsipinin əsas tutulması buna bir daha sübutdur. Ölkənin inkişafı üçün vacib şərt olan milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində də bütün sahələrdə səmərəli addımlar atılıb, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, siyasi sabitliyin ölkəmizdə bərqərar olması ilə bağlı ciddi uğurlar qazanılıb. Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq arenada da dövlət nüfuzunun gücləndirilməsi, milli maraqların qəbul etdirilməsi yönündə uğurlu siyasi kurs yürüdür. Bu sahədə bir neçə istiqamətdə dövlətimizin diplomatik uğurunu xatırlatmaq yerinə düşər. Misal üçün, türkdilli dövlətlərin əməkdaşlığı sahəsində Azərbaycan önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Bu da sözügedən quruma üzv ölkələrin üçdəbir hissəsini təşkil edir. Qonşu ölkələrlə qurulan münasibətlərdə də dostluq amili əsas yer tutur. Azərbaycan, eyni zamanda, İslam dünyasında da böyük nüfuza malikdir. Respublikamızın beynəlxalq siyasəti situativ yox, strateji xarakter daşıyır. Bu gün Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının üzvü və bu Hərəkata sədrlik edən dövlətdir. Azərbaycanın hazırda da sədr kimi irəli sürdüyü təşəbbüslər, görülən işlər bu təşkilatın beynəlxalq nüfuzunu böyük ölçüdə gücləndirir.

Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir və bütün bunlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi dərin strategiyanın məntiqi nəticəsidir. Belə bir uğurlu siyasi xəttin isə Azərbaycanı bölgənin lider dövlətindən dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracağına şübhə doğurmur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycanda çoxpartiyalı parlament formalaşıb

Ölkəmizdə həyata keçirilən siyasi islahatlar, onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Siyasi islahatların çox mühüm istiqamətlərindən biri kimi siyasi dialoq mühitinin formalaşdırılması da bu prosesə böyük dəstək olan əsas çağırışlar sırasında yer alır. Dövlətimizin başçısı İlham Əliyev ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəltmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.

İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemdə təkmilləşmənin yol açdığı uğurların da təqdimatı oldu. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq  Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirsə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına ümumxalq inamını və etimadını nümayiş etdirir. Bu kimi müsbət meyillərin güclənməsinə yönəlmiş addımların ardınca martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfransın keçirilməsi də təqdir olunmalı məsələlər sırasındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin, həmçinin Milli Məclisin 80-dək deputatının iştirakı ilə baş tutan konfrans bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. Məhz dialoq mühitinin yaranması nəticəsində siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Ölkəmizdə demokratik mühit mövcuddur

Hər zaman radikal mövqeləri ilə diqqət çəkən, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan, siyasi dialoq prosesinə öz maraqlarını qəbul etdirmək kimi yanaşan ünsürlər son dövrlər siyasi partiyaların davamlı xarakter alan görüşlərindən də kənarda qalır, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə ermənipərəst mövqeləri ilə cəmiyyətin nifrətini qazanırlar. Onlar üçün siyasi dialoqun təşkili köhnə vərdişlərinə və düşüncələrinə uyğun olaraq hakimiyyətin qarşısına hansısa absurd tələbin qoyulması və onu qəbul etdirmək niyyətlərinə çatmaq üçün bir vasitədir. Bu istəkləri baş tutmayanda daş atıb başlarını tuturlar ki, hakimiyyət dialoq tərəfdarı deyil. Bax, budur bu ünsürlərin demokratiya düşüncələri. Necə ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər, eləcə də siyasi dialoq məsələsi gündəmə gələndə, ona öz şəxsi və qrup maraqları prizmasından yanaşır, bu istiqamətdə rəy formalaşdırmağa cəhd edirlər. Unudurlar ki, fərziyyə reallıq deyil. Əgər bu gün biz dağıdıcıların əvvəlki təfəkkürlərinə istinad etsək görərik ki, bu ünsürlər hakimiyyətlə müxalifət arasında dialoqun təşkil edilməsi üçün bir qayda olaraq xarici himayədarlarından kömək istəyiblər. Burada da məqsəd bəlli idi: Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq. Guya bu addımı xarici dəstəksiz atmaq mümkün deyildi. Azərbaycan hakimiyyətinin antimilli ünsürlərdən əsas tələbi hər zaman bu olub ki, daxili məsələlər ölkənin daxilində həll edilməlidir.

Bugünkü hadisələr bir daha təsdiqləyir ki, antimilli ünsürlərin apardıqları təbliğatın əksinə olaraq ölkəmizdə demokratik mühit mövcuddur. Bütün siyasi partiyalara fəaliyyətləri üçün normal şərait yaradılıb, onlar arasında əməkdaşlıq mühiti var, ölkənin inkişafı, ümummilli məsələlər üçün bir araya gəlmək imkanındadırlar: “Prezident İlham Əliyev YAP-ın VII qurultayında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş, təşəbbüsləri alqışlamış və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik. Onlar satqın, xaindirlər. Bu gün antimilli şurada cəmləşən milli satqınlar şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyirlər. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb”.

Bu gün bütövlükdə siyasi sistemdə əməkdaşlığın çərçivəsi genişlənir. Hazırda Milli Məclisdə 9 siyasi partiya təmsil olunur. Artıq fəaliyyətə başlamasının bir ili tamam olan yeni tərkibli Milli Məclis siyasi islahatların yeni mərhələyə qədəm qoymasına öz töhfələrini verir. Siyasi dialoq mühitinin dərinləşdirilməsinə səylər göstərir. Bu günümüzün reallığı budur ki, siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Siyasi dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir

 Artıq ölkədə siyasi iradə ortaya qoyulub. Bununla bağlı çox gözəl gəlişmələr var. Doğrudan da cəmiyyətdə şəffaflaşma gedir. Siyasi partiyaların cəmiyyətdə rolunun artırılması üçün Prezident tərəfindən verilmiş göstərişlər var və müvafiq Administrasiyanın müvafiq şöbəsi də bunu uğurla yerinə yetirməkdədir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin inkişafına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər, doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”.

Bəzi radikal siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar. Biz birmənalı olaraq həmin mövqeyi qınayırıq. Hesab edirəm ki, müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Cəmiyyətdə siyasi mədəniyyətin inkişaf etdirilməsi baxımından təkmilləşməyə ehtiyac var. Sosial reallıq, cəmiyyətdə şəxsiyyətlər arasında münasibətlər, müsbət mənəvi və əxlaqi dəyərlər sisteminin mövcudluğu, ictimai rəy və faydalı ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən əsas amillərdir. Təəssüf ki, bü gün öz fəaliyyətində sadaladığım bu dəyərlərdən uzaq olan bəzi siyasi qüvvələr də mövcuddur. İlk olaraq onların öz fəaliyyətini yenidən təftiş etməsinə ehtiyac var. Çünki məhz oturuşmuş siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların siyasi sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər və ənənələr vasitəsilə tənzimləyir”.

Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi

qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki