image-qanunla-reklam
image-158029492938206qerbiciraq

Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir

image-lady-day-az

Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir

Noyabrın 23-də Prezident cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi dekabrın 9-da bu TV-nin efirində yayımlanan müsahibədə vacib məsələlərə toxunan dövlətimizin başçısı, həmçinin enerji mövzusu barədə maraqlı fikirlər səsləndirib. Enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına keçid etdiyini qeyd edən Prezident cənab İlham Əliyev bildirib ki, bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.

Son illər cənab Prezidentimizin həyata keçirdiyi uğurlu strategiya ilə iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə ölkəmizə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Təbii ki, hələ də neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın iqtisadi artımı nisbətən zəifdir. Lakin son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından ölkəmizdə böyük potensial var. Avropada Azərbaycan qazına böyük ehtiyac duyulur və bu göstərici daha da artmaqdadır. Əhəmiyyətli inkişaf bərpa olunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə 10 qiqavat həcmində günəş və külək enerjisinin istehsalı planlaşdırılır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək

Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və bu əməkdaşlığın real nəticələri diqqət çəkir. Ölkəmizi istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan enerji ilə bağlı Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir. Avrasiyada və əsasən də Avropada artıq bir neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Ölkəmiz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verib. Bu, dövlətimizin işgüzar əlaqələrinin vacib hissəsi olmaqda davam edəcək. Qaz kəmərinin profilinin dəyişdirilməsi kimi iqtisadi cəhətdən səmərəli nəqliyyat tədbirləri görüləcəyi təqdirdə Azərbaycan yaşıl enerjini Avropanın hər hansı yerindən daha ucuz qiymətə istehsal edə bilər. Bu da Avropada ekvivalent istehsalla müqayisədə, xərcləri azaltmağa imkan verə bilər. Bundan başqa, yaşıl enerji istehsalı iqtisadi cəhətdən səmərəlidir. Onu regional enerji bazarlarına ixrac etmək və daxili istehlak üçün istifadə etmək məqsədəuyğundur.

Məlumdur ki, Bakı küləklər şəhəridir, ölkəmiz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikdir. Yaşıl enerji layihələrinə dair müqavilə və Anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpa olunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək. Avropaya yaşıl enerji nəql etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icrası Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi rolunu möhkəmləndirəcək. Bu istiqamətdə texniki və kommersiya məsələləri həll olunacaq, fiziki kabel çəkiləcək. Həmçinin bu marşrutla verilməsi üçün elektrik enerjisinin istehsalı təmin ediləcək. Bütünlükdə Azərbaycan Avropanın dekarbonizasiyasına töhfə verəcək.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında Saziş imzalanıb. Saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1 195 kilometr uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Avropaya ötürülməsi üçün birgə müəssisə yaradır.

Günəş və külək enerjisi kimi alternativ enerji mənbələrindən elektrik enerjisinin istehsalının dünya bazarlarına daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Azərbaycan ümumilikdə 10 qiqavat enerjinin istehsalına dair anlaşma memorandumları imzalayıb və hətta bunların üçdə biri və ya yarısı həyata keçirilərsə, bu Avropa üçün əsas enerji mənbəyi olacaq. İdeya elektrik enerjisinin bu həcmlərinin kabel ilə Gürcüstan sahillərinə, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya ixrac etməkdən ibarətdir. Bu həcmlərin bir hissəsi şəbəkə üzərindən Türkiyəyə gedəcək. Bu, ixrac üçün əlçatan qaz həcmlərini artırmağa və Azərbaycanı elektrik enerjisinin böyük ixracatçısına çevirməyə kömək edəcək. Əlbəttə, məsələ bu cür layihənin nə dərəcədə qənaətli və səmərəli olmasıdır. Layihə ilə bağlı investisiya, xərclər və vergilərin miqdarı müəyyənləşdirilməlidir. Bu, vaxt ala bilər, lakin müəyyən qədər alternativ enerjini Azərbaycanda istehsal etmək, bu ölkədə, eləcə də Qafqazda istehlak etmək, həmçinin Avropaya ixrac etmək mümkündür.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Düşünülmüş sosial siyasət

Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial siyasət nəticəsində son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Xarici borcun səviyyəsi isə hər il azalır. Bu gün sözügedən rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. İqtisadi artımı təmin edəcək sahələrə investisiyaların qoyuluşu hər il artır. 2030-cu ilə dövlətin baxış hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir. Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək, keçmiş məcburi köçkünlər mümkün qədər tez yerləşdiriləcək.

Nəzərdə tutulan işlərə gəlincə ölkə başçısı bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir. Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək.  Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropanın ən tanınmış və çoxsaylı auditoriyası olan “Euronews” televiziyasına müsahibəsində ölkəmizin iqtisadi  inkişafından danışan Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi inkişafın təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı planlaşdırılıb.

Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Buna görə də bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı keçirilib. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki