image-qanunla-reklam
image-telim-nato

NATO-nun genişmiqyaslı təlimi keçirilir

image-lady-day-az

Bu gün Şimali Atlantika Alyansının (NATO) “Skandinaviyalıların cavabı 24” (“Nordic Response 24”) adlı genişmiqyaslı hərbi təlimləri başlayır.

Qanunla.Az xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçiriləcək.

Təlim martın 15-dək davam edəcək.

Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.

“Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki