image-qanunla-reklam
image-screenshot_90

NASA-nın direktoru: “Çin Ayı tuta bilər”

image-lady-day-az

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelsonun sözlərinə görə, Çin Xalq Respublikası Aya iddia edə bilər.

Qanunla.az xarici mətbuata istinadən xəbər verir ki, Nelson ölkələrin kosmos yarışında olduğunu bildirib.

“Bu bir faktdır: biz kosmik yarışdayıq. Yaxşı olar ki, biz onların (Çini nəzərdə tutur – red.) elmi araşdırma adı altında Aya iddia etmələrinin qarşısını alaq. Ola bilsin ki, gələcəkdə onlar bizə “yaxınlaşmayın, biz buradayıq, bura bizim ərazimizdir” desinlər”, – NASA rəhbəri açıqlamasında bildirib.

ABŞ Kosmik Agentliyinin rəhbəri hesab edir ki, əgər Çin bu kosmik yarışda qalib gələrsə, sözügedən ssenari tam realdır.

Çin isə öz növbəsində amerikalıların kosmos yarışı ilə bağlı iddialarını təkzib edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki