image-qanunla-reklam
image-c764508e0e0cc1ab6a8a7c704a1bc2d0

Müstəqil Dövlətin Yeni Konstitusiyası

image-lady-day-az

Müstəqil Dövlətin Yeni Konstitusiyası

Müasir dövrdə hüquqi termin kimi istifadə olunan “konstitusiya” sözü dövlətin ən ali qanunvericilik sistemi olub,birbaşa olaraq dövlətin idarə olunma sistemini formalaşdırmaq və dövlət-xalq münasibətlərinin qanun çərçivəsində tənzimləməkdən ibarətdir.Konstitusiyada dövlətin konstitusion qurluşunu və xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir,eləcə də ölkənin iqtisadi,sosial,hüquqi,ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir.

Dünyada ilk konstitusiya 17 sentyabr 1787-ci ildə ABŞ-də qəbul olunmuşdur.Filadelfiyada qəbul olunmuş konstutsion konvet daha sonra 13 ştat tərəfindən ratifkasiya olunmuşdur.ABŞ konstitusiyası hakimiyyət bölgüsü prinsipinə əsaslanır və dövlətin idarə olunması 3 prinsipə söykənir:qanunverici(Konqres),icraedici(Prezident) və məhkəmə hakimiyyəti(Ali məhkəmə).Sonralar qəbul edilmiş konstitusiyaların dünya dövlətləri üzrə xronologiyası aşağıdakı kimidir:Fransa(1791),İsveç(1809),İspaniya(1812),Norveç(1814) və s.

Şərqdə ilk cümhuriyyət olan Azərbycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsada öz konstitusiyasını qəbul edə bilməmişdir.Buna görə də Azərbaycanın konstitusiya qurluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə I Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub.1925-ci ildə əlavə və dəyişliklər edilib.1927-ci ildə Azərbaycan SSRİ-nin yeni Konstitsuyası təsdiq edilib.1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci ildə IX Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSRİ-nin yeni Konstitusiyası qüvvəyə minib.Azərbaycan SSRİ-nin son Konstitusiyası 1978-ci il aprelin 21-i qəbul olunub və Azərbaycan müstəqillik əldə etdikdən sonra da yəni 1995-ci ilə qədər dövlət bu konstitusiya ilə idarə edilmişdir.

Müstəqil Azərbaycan dövləti yarandıqdan sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı.Çünki o dövrə qədər mövcud olmuş Konstitusiya müstəqil dövlətin idarəçilik modelinə uyğun deyildi və SSRİ ideologiyası Konstitusiyada özünü göstərirdi.Bunu çox yaxşı bilən dahi siyasətçi Heydər Əliyev başa düşürdü ki,Konstitusiyasız müstəqil dövlət idarə oluna bilməz.Buna görədə 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildi.Bu Konstitusiya Müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.Azərbaycanın yeni Konstitusiyasi 27 noyabr 1995-ci ildə qüvvəyə mindi.Yeni konstitusiya 5 bölmə 12 fəsil 158 maddədən ibarət idi.Konstitusiyanın 1-ci maddəsində göstərilir ki,”Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.”Bu maddənin mahiyyəti budur ki,istər qanunvercilik hakimiyyətini,istərsədə icra hakimiyyətini həyata keçirən şəxslər xalqın etimad göstərib inandığı şəxslərdir.

Zaman keçdikcə dünya dəyişir,yeni tələblər formalaşır.Azərbaycan Respublikası inkişaf edir,dünya dövlətləri arasında öz yerini möhkəmlədirdi.Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunmuş uğurların möhkəmləndirlməsi məqsədi ilə Azərbaycan Konstitusiyasına bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub.Bu dəyişikliklər və əlavələr 2002,2009 və 2016- cı illərdə olmuşdur.Bu dəyişikliklər nəticəsində optimal idarə etməyə keçilmiş və müasir dövlət idarəçiliyi daha da təkmilləşdirilmişdir.Azərbaycan Konstitusiyası özündə insan hüquqları və azadlıqları,şəxsiyyət toxunulmazlığını daha səmərəli təmin edilməsini ehtiva edir.İnsan həyat və sağlamlığının qorunması,söz və fikir azadlığının təmin olunması,layiqli həyat səviyyəsinin yaradılması,humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

 

Zahid Zahidov

Saatlı rayon Hacıqasımlı kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki