image-qanunla-reklam
image-70171649-abac-4ba7-b3ee-2a9a9a41ea83

Misirdəki səfirliyimizdə “Cənubi Qafqazda yeni perspektivlər və Qarabağ probleminin sonu” mövzusunda Misirin KİV-i üçün mətbuat brifinq keçirmişdir

image-lady-day-az

Cari ilin  2023-cü ilin 04 oktyabr tarixində AR-in Misirdəki səfiri Elxan Poloxov “Cənubi Qafqazda yeni perspektivlər və Qarabağ probleminin sonu” adı altında Misirin kütləvi informasiya nümayəndələri üçün mətbuat brifinq keçirmişdir.

Qanunla.Az xəbər verir ki, brifinqdə E.Poloxov Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ probleminin tarixi, o cümlədən Ermənistan tərəfindən 30 ildən çox müddət ərzində Azərbaycanın 20%-dən çox ərazisini işğalda saxlanıldığını, Xocalı soyqırımı törədilməsi, bir milyondan artıq insanın məcburi öz yurdlarını tərk etməsi, bu zaman çərçivəsində həmin ərazilərdə Azərbaycana məxsus mədəni, tarixi abidələrin məhv edilməsi haqqında geniş məlumat  vermişdir.

E.Poluxov 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etdiyini söyləyərək,  8 noyabr 2020-ci il tarixində Ermənistan tərəfini üçtərəfli bəyanat imzalamağa məcbur olduğunu qeyd etmişdir. O, Ermənistanın üçtərəfli bəyanatda göstərilən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa başlaması, mina xəritələrinin verilməməsi, separatçı xunta tərəfindən “seçkilər” keçirməsi, diversiya hərəkətlərinin davam etdirilməsinin 19 sentyabr 2023-ci il tarixində Azərbaycan tərəfinin yerli antiterror tədbirlərinin başlamasına gətirib çıxardığını söyləyərək, həyata keçirilən bu əməliyyatlar zamanı Qarabağın dinc sakinlərin zərər görməməsi üçün bütün vasitələrdən istifadə etdiyini vurğulamış, nəticə olaraq separatçı qurumun rəhbərliyinin tam kapitulyasiya elan etdiyini bildirmişdir.

Səfir E.Poluxov erməni əhalisinin heç bir təzyiqlə üzləşməsələr də Ermənistana köçməyə başladıqlarını qeyd edərək, hal-hazırda Azərbaycan rəhbərliyinin erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya məsələlərinə dair müzakirələr apardığını və inteqrasiya olmaq istəyən yerli erməni mənşəli əhalinin Azərbaycan Konstitusiyasında göstərilən hüquqlardan istifadə etmək imkanı yaradıldığını bildirmiş və Azərbaycan hüquq-mühafizə, sosial, səhiyyə və digər qurumlarının bu ərazilərdə yaşayan sakinlərin problemlərinin həll istiqamətində müvafiq işlər apardığını söyləmişdir.

Həmçinin tədbirdə Azərbaycan-Misir sürətlə inkişaf edən əlaqələri məsələlərinə toxunulmuş və mövcud perspektivlərdən danışılmışdır.

Brifinq zamanı mətbuat nümayəndələrinə ərəb və ingilis dilinə tərcümə edilmiş müvafiq materiallar paylanılmış və Misirli jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.

Brifinq bir çox yerli mətbuat orqanları tərəfindən dərc olunaraq geniş yayımlanmışdır.

image-70171649-abac-4ba7-b3ee-2a9a9a41ea83image-e49a48c4-a7d4-420b-ad95-7453502db8c7image-ecde0185-301e-474b-addb-74664cc3e5d7image-b9601aa6-b655-447f-9090-b57a0bb7b764image-c2ff8b74-e84b-4a99-88ee-98b8b10fe2bf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki