image-qanunla-reklam
image-1699458065615029765_1200x630

Misirdə Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri qeyd edilib

image-lady-day-az

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirdə Azərbaycanın diaspor nümayəndələri və Misirdə yerləşən müxtəlif diplomatik nümayəndəliklərin, o cümlədən Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirləri, hərbi attaşeləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edərək, Azərbaycanın 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks hücuma keçdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini söyləyib, nəticədə imzalanmış üçtərəfli Bəyanatla işğalçı dövlətin kapitulyasiya aktına imza atdığını vurğulayıb.

Zəfər və Dövlət Bayrağı günlərinin bu il Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması şəraitində qeyd edildiyini bildirən E.Poluxov azadlıq və müstəqillik rəmzi olan və 1918-ci ildə qəbul olunmuş Dövlət Bayrağımız haqqında ətraflı məlumat verib, 70 illik sovet hakimiyyətindən sonra bayrağımızın Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1991-ci ilin noyabr ayında ilk dəfə Naxçıvanda, sonra isə bütün Azərbaycanda qaldırıldığını diqqətə çatdırıb.

E.Poluxov işğaldan azad edilmiş torpaqlarda hazırda aparılan quruculuq işlərindən söhbət açaraq, indiyədək bu ərazilərdəki layihələrə dövlət büdcəsindən 7 milyard ABŞ dollarından çox vəsaitin yatırıldığını, tamamilə dağıdılmış ərazilərin yenidən qurulması və bərpası üçün xüsusi plan hazırlandığını və artıq məcburi köçkünlərin mərhələli şəkildə öz evlərinə qayıtdıqlarını söyləyib. O, Ermənistan ərazisində yerləşən Qərbi Azərbaycandan sürgün edilmiş azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüquqlarının hələ də təmin olunmaması məsələsinə toxunaraq, bu məsələnin beynəlxalq ictimaiyyət qarşısında kəskin şəkildə qoyulmasının zəruriliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki