Milli Məclisdə qərbi azərbaycanlıların statusu ilə bağlı qanun layihəsinin müzakirəsi təklf olunub.
Qanunla.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, bu məsələnin həllini tapması çox vacibdir: “Hesab edirəm ki, məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsi də dinləmə keçirməlidir”.
























