image-qanunla-reklam
image-274549705_686791099140632_2243214863796464133_n

Mehriban Əliyeva siyasəti-Gülnar Rəhimqızı

image-lady-day-az
Mehriban Əliyeva siyasəti.
Qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.
Heç şübhəsiz, sonrakı dövrlərin tarixçiləri Mehriban Əliyeva fenomenini maraqla öyrənəcəklər.
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Təsadüfi deyil ki, bu gün Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Məhz, Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatıb və peşəkarlıq amilinin aktuallığını artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb…
Bir tərəfdən Azərbaycanda Mehriban Əliyeva kimi liderin formalaşmasını taleyin qisməti hesab etmək olar. Obyektiv desək, onun təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilib.
Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.Hal-hazırda bu cür layihələr Qarabağımızın abadlaşması, gözəlləşib cənnətə çevrilməsi üçün aparılır.
Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosio-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.
Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır…
Fikrimizi bu sözlərlə tamamlayaq: əgər Azərbaycanı başa düşmək, bu ölkəni duymaq istəyirsinizsə, onda Mehriban xanım kimi bir şəxsiyyətdən yan keçmək olmaz.İlham Əliyev hakimiyyətinin amili kimi adı böyük hərflərlə yazılan siyasətdədir. Azərbaycanın sistemli sosial-iqtisadi inkişafında onun rolunu danmaq və ya diqqətdən kənarda qoymaq olmaz. Cəsarətlə deyə bilərik ki, o, Azərbaycanın tarixində daim yaşayacaq.
Azəriqaz Qadın və İnkişaf  Şurasının sədri Gülnar Rəhimqızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki