image-qanunla-reklam
image-lukashenko_news_conference_29012015_4

Lukaşenkonu vəzifədən “göndərəcək” təhlükəli general

image-lady-day-az

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Prezident Lukaşenkonu əvəz edəcək şəxsdir. Bu adam Belarusda Kremlin əsas təsir vasitəsidir.

Qanunla.Az xəbər verir ki, bu barədə “Fridom” (FreeDom) kanalının süjetində bəhs edilir.

Qeyd edilib ki, Lukaşenkoya nəsə olarsa, Belarusda hakimiyyəti məhz o öz əlinə alacaq:

“Volfoviç rusiyalı həmkarı Nikolay Patruşevlə daimi əlaqədədir. Volfoviçin göstərişi ilə Belarus TŞ katibliyi bütövlükdə Rusiyanın tabeliyində çalışır. Volfoviç qısa müddətdə bütün nazirliklər və təhlükəsizlik xidmətinə nəzarəti ələ alıb. Lukaşenkonun vəzifədən uzaqlaşması və ya uzaqlaşdırılması halında ölkənin idarəçiliyi Təhlükəsizlik Şurasına keçəcək”.

Belarus müxalifətçisi Pavel Latuşko deyib ki, Volfoviç Lukaşenkodan fərqli olaraq, hərbi neytrallıq nümayiş etdirmək və qərarları müstəqil qəbul etməyə ehtiyac duymur. O, sadəcə Kremlin Belarus ruporudur.

Ekspertlərin fikrincə, əgər Volfoviç hakimiyyəti ələ keçirsə, onda ali rəislər onu dəstəkləyəcəklər.

Qeyd edək ki, bundan öncə Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun Aleksandr Lukaşenkonun Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçi əvəz edə biləcəyini demişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki