image-qanunla-reklam
image-d7d48f6b712e2690f6519f15997e046d

Kenanla Arda Yamal alan mükafata namizəd oldular

image-lady-day-az

“Globe Soccer Awards” təşkilatçıları “2025-ci ilin ən yaxşı gənc futbolçusu” mükafatı üçün namizədlərin siyahısını ictimaiyyətə təqdim edib.

Siyahıda ümumilikdə 11 perspektivli futbolçu yer alıb. Namizədlər sırasında Eliss Ben Seqir (“Monako”/”Bayer Leverkuzen”), Pau Kubarsi (“Barselona”), eləcə də PSJ-dən üç gənc – Dezire Due, Xuan Neves və Varren Zair-Emeri var.

Bundan başqa “Real Madrid”in futbolçusu Arda Güler, hazırda “Bornmut”da çıxış edən, amma madridlilərə məxsus olan Din Höysen, “Arsenal”dan Maylz Luis-Skelli, “Portu”nun gənc hücumçusu Rodriqo Mora, “Komo”dan Niko Paz və “Yuventus”un istedadlı oyunçusu Kenan Yıldız siyahıya daxil edilib.

Xatırladaq ki, ötən il bu mükafatın qalibi “Barselona”nın gənc ulduzu Lamin Yamal olmuşdu./Milli.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki