image-qanunla-reklam
image-1606474119_1561096674

Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti

image-lady-day-az

Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Üçtərəfli Bəyanatın imzalanması ölkəmiz üçün diplomatik qələbə oldu və 3 rayon Ermənistan tərəfindən hərbi əməliyyatlarsız azad edildi. Həmin üç rayondan biri Kəlbəcər rayonu idi və 25 noyabr tarixində Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin şimal hissəsi İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Bununla da Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bilmiş və nəticədə erməni silahlı qüvvələri Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilməmişdilər.

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev beş dəfə Kəlbəcər rayonuna səfər etmiş və ilk səfəri zamanı üçrəngli bayrağımızı rayon ərazisində ucaltmışdır. Ölkə başçısı Kəlbəcər rayonuna digər səfərləri zamanı çoxsalı təməlqoyma mərasimlərində iştirak etmiş və hazır olmuş obyektlərin açılışını etmişdir.

Kəlbəcər rayonu böyük təbii enerji potensialına malikdir. Rayon ərazisində külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər tərəfindən böyük maraq vardır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir və Baş plana əsasən yaşayış binaları, məktəb, xəstəxana, aşıq mərkəzi və digər tikililər inşa ediləcəkdir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru-Vəfa Bayramova

 

 

 

 Kəlbəcər” toponimi.

Mənası “çay üstündə qala” olan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Ucalıq təkcə relyeflə bağlı deyil, həm də milli-dəyərlərə, təbii yeraltı və yerüstü sərvətlərə, malik olma kimi də anlaşılmalıdır. İstisu Kəlbəcəri tanıtma ünvanlarından biridir. Bu ucalıq həm də əsrarəngiz gözəlliklə bağlıdır…
Ermənilər hələ işğala kimi Kəlbəcərdə Başlıbel, Ağdaban faciələri törətmişdi. Kəlbəcərdə martın 27-dən aprelin 3-nə kimi döyüşlər getdi. İşğal zamanı 511 kəlbəcərli öldürüldü, 321 kəlbəcərli əsir götürüldü,  itkin düşdü. Martın 27-də erməni silahlıları Tunel deyilən yerdə Kəlbəcəri tərk edənlərin qarşısını  tunelin o biri tərəfində kəsdi. 82 nəfər öldürüldü, o cümlədən 50 nəfər diri-diri yandırıldı, 32 nəfər əsir götürüldü. İşğal müddətində Kəlbəcər tamamilə dağıdılıb. Neçə-neçə tarixi abidəsi, dünyaca məşhur tarix-diyarşünaslıq muzeyi, Xudavənd məbədi dağıdılıb…İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə əsasən Ermənistan silahlı qüvvələri Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz tərk etdi. Kəlbəcər noyabrın 25-də azad edildi. Həmin gün Kəlbəcərin  işğaldan azad edilməsi günü kimi tarixləşdi…

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağı qaldırıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimləri keçirildi, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu, yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirildi. 2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirildi. “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı oldu…Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə aparılan quruculuq işlərinin Kəlbəcərə aid müfəssəl xronikasıdır. 25 Noyabr  Kəlbəcər Şəhəri Günü bunların xatırlanması Kəlbəcərin tam tikiləcəyinə inamın təzahürüdür. Kəlbəcərlilər də, ümumən bütün azərbaycanlılar da həmin günün qürurla yaşanılacağına əmindir…

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva 

 

 

Kəlbəcərin işğalı.

Kəlbəcər rayonu coğrafi mövqeyinə görə keçilməz bir ərazidir, çünki rayon ərazisi hər tərəfdən dağlarla əhatə olunmuşdur. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Həmin dövrdə paytaxt Bakıda başı vəzifə bölgüsünə, kreslo davasına qarışan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə Ermənistanla sərhəd rayonları unutmuşdu. Kəlbəcərin itirilməsi böyük faciə idi və rayon sakinləri gözləri baxa-baxa, əliyalın, köməksiz halda bu dəhşəti, bu faciəni yaşayırdılar. Dövlət və hakimiyyət tərəfindən heç bir nəzarətin olmaması düşmənə qol-qanad verir, əli silahlı erməni terorçuları Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verirdilər. Müqavimət görməyən, azğınlaşımış ermənilər Bakıdan göndərilmiş helikopter adı ilə insanları aldadaraq oğurlayıb Ermənistan ərazisinə əsir aparırdılar. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti səbəbindən cəmi bir neçə günə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Məhz bundan sonra digər rayonları işğal edə bilmək  üçün Ermənistanın imkanları daha da artmış oldu.

Kəlbəcər 27 il, 7 ay, 22 gün düşmən tapdağı altında qaldı. Baxmayaraq ki, Kəlbəcər işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ilə 822 saylı Qətnamə qəbul etmişdi. Lakin Ermənisrtan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə məlum qətnamənin  icra edilməsində maraqlı olmadılar. Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə əlaqəli bu və digər qətnamələri sadəcə kağız üzərində qaldı. 27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin belini qırdı. Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan təslim olmaq haqqında kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa edən ordumuz Azərbaycanın diplomatik müstəvidə də qalib olmasına zəmin hazırladı. Prezident cənab İlham Əliyevin  xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən düşünülmüş siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən öz silahlı birləşmələrini 3 rayonumuzdan geri çəkməli oldu ki, həmin rayonlardan biri də Kəlbəcər rayonudur.

Vətən müharibsəinin ilk günlərində ordumuz Kəlbəcərin şimal hissəsini işğlçılardan azad etmiş, strateji yüksəkliklərin götürülməsi ilə  ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarəti ələ almışdı. Ümumilikdə isə Kəlbəcər rayonunun hərbi əməliyyatlarsız boşaldılması əslində Azərbaycan dövləti üçün həm hərbi, həm də diplomatik bir uğurdur ki, bu da daha böyük mahiyyət kəsb edən qələbədir. Çünki ordumuz heç bir itki vermədən Kəlbəcər işağldan azad edildi. Üzü soyuq qışa doğru Kəlbəcər kimi keçilməz və təbii istehkamlarla zəngin olan bir ərazidə hərbi əməliyyatların keçirilməsi heç də asan başa gəlməyəcəkdi. Lakin Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti ölkəmizin hərtərəfli qələbəsini  təmin etdi. Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev 5 dəfə Kəlbəcər rayonunda səfərdə olmuş və çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri Prezident cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Sakinlərin öz doğma yurd-yuvalarına qayıdaraq rahat yaşamaqları üçün rayonda lazımi infrastruktur yaradılır. Bir sözlə, Kəlbəcər artıq özünün yeni inkişaf dövrünə qədəm qoyub.

 Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

 

Effektiv hərbi strategiyanın nəticəsi.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Işğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il  aprelin  2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.

Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.  Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə  Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı  isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və   Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşıLeyla Əliyeva

 

 

 

İnzibati status.

Kəlbəcərin işğalı Azərbaycanın gözəlliyi ilə adamı heyran qoyan rayonlarından biri də Kəlbəcərdir. Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistanı, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Həmçinin rayon bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur Qızıl mədənləri, sanatoriyaları ilə məhşur olan rayon həm də Azərbaycanda maldarlığın yüksək inkişaf etmiş bölgəsi idi. Strateji cəhətdən çox böyük önəm daşıyan rayon ermənilərin başlıca hədəflərindən birinə çevrilir. Müharibə zamanı həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu . Bununla kifayətlənməyən erməni separatçıları 1990-cı il iyul ayının 11-də “Tərtər – Kəlbəcər” sərnişin avtobusu partladaraq, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirdi. Terror hadisəsi nəticədə 14 nəfər həlak oldu, 35 nəfər yaralandı. 1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilər tərəfindən işğal olundu. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci “dəhliz” açdı. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olundu.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Rayonun işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. Erməni ekstremisləri Xocalı faciəsini Kəlbəcərdə davam etdirdi. Yerli əhali kütləvi qırğına məruz qaldı. Başlıbel faciəsi isə erməni vəhşiliyinin pik nöqtəsi oldu. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Beynəlxalq təşkilatlar Kəlbəcər döyüşünə görə Qarabağda və Ermənistanda olan erməniləri tənqid etdi. İşğa  zamanı rayona həmçinin böyük maddi zian da dəymişdir.

İşğal vaxtı Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçmişdi. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılmış, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilmişdir. Həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Rayonun ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilirdi. Kəlbəcərin xalq təsərrüfatına vurulan ziyan 703 milyard 528 milyon rubl hesablanmışdır. Rayonun sağ qalan əhalisi 30 il boyunca Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşamağa məhkum olunmuşdu.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki