image-qanunla-reklam
image-1709108877_qebul1-scaled

“İkili standartlar” siyasətinin təzahürü

image-lady-day-az

“İkili standartlar” siyasətinin təzahürü.

Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadan 30 il torpaqlarımızı işğal altında saxladı. Lakin bu vəziyyətə göz yumuldu. Azərbaycan həmişə ikili standartla qarşılaşıb. AŞPA-nın son qərarı bir daha sübut edir ki, qurum Azərbaycanın tarixi Zəfərini, Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.  Cari ilin yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Avropa Şurasının ədalətə sığmayan, ikili standartlara əsaslanan siyasətini bir daha təsdiqləyən məlum qərarı Fransanın Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etmək cəhdini ortaya qoydu. Vaxtilə Azərbaycan bu qurumun Qarabağ münaqişəsinin həllinə dəstək verməsi məqsədilə görə Avropa Şurasına üzv olmuşdu. Artıq Azərbaycan bu problemi hərbi yolla özü həll edib. Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur. Qondarma «dağlıq qarabağ respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də AŞPA-nın onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın “səxavətinə” aldanıb qərəzli bəyanatlar verməsi yolverilməzdir. Azərbaycan xalqı öz dövlət başçısının rəhbərliyi ilə BMT və beynəlxalq hüquq tərəfindən rəsmən tanınan əzəli torpaqlarını Ermənistanın təcavüzündən xilas edərək ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş ərazilərdə bu gün mülki obyektlərlə yanaşı, dini-mənəvi abidələrin bərpa və yenidən qurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Münasibətlərin müsbət inkişaf dinamikası.

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin formalaşmasında və inkişafında iqtisadi sahə hər zaman mühüm rol oynayıb. Bunu nümayəndə heyətini qəbul edərkən Prezident cənab İlham Əliyev də öz çıxışında vurğulayıb. Həmçinin cənab Prezident İlham Əliyev Almaniyanın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərdə qonşusu Fransadan fərqli olaraq əksər hallarda neytrallıq nümayiş etdirdiyini və bunun ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından mühüm amil olduğunu diqqətə çatdırdı. Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya–Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir.
Nümayəndə heyəti adından Prezident İlham Əliyevə qəbula görə minnətdarlığını çatdıran Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemann dövlətimizin başçısının Münxen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərin onlarda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb. COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün yaranmış imkanın sabitlik, iqtisadi inkişaf və əmin-amanlıq baxımından çox önəmli olduğunu diqqətə çatdırıb. Səfir alman iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən birinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarət olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin inauqurasiya nitqində iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin ciddi önəm verməsinin əməkdaşlıq üçün böyük imkanlar yaratdığını xatırladan nümayəndə heyətinin rəhbəri Almaniya biznes dairələri və şirkətlərinin bu gündəliyə böyük töhfələr verməyə hazır olduğunu deyib. Almaniya nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını vurğulayaraq bu amili əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Yeri gəlmişkən, ötən ilin martında Prezident İlham Əliyev Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlər, o cümlədən ölkələrimiz arasında iqtisadi əməkdaşlıq əlaqələrinin vəziyyəti müzakirə olunmuşdu. Həmin görüşü məmnunluqla xatırladan dövlətimizin başçısı Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edərək bildirib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.
Almaniya nümayəndə heyətinin rəhbəri Azərbaycana infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini diqqətə çatdıraraq keçirdikləri səmərəli görüşlərin onda yüksək təəssürat yaratdığını bildirib. O deyib ki, Azərbaycan, həqiqətən, iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Onun fikrincə, iki ölkə yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlara malikdir. Yeri gəlmişkən, son illər Azərbaycan–Almaniya iqtisadi-ticarət əlaqələrində dinamik inkişaf müşahidə olunur. Ölkəmiz Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı sayılır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda bu ölkənin Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz təşkil edir. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına istinadən, Almaniyanı neftlə təmin edən ölkələr sırasında önəmli yerlərdən birini məhz Azərbaycan tutur.
İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və ikitərəfli iqtisadi münasibətləri yeni mərhələyə qaldırır. Bununla yanaşı, Azərbaycanın iqtisadi və turizm potensialının Almaniyada təşviq olunması məqsədilə ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə milli stendi ilə iştirak edir.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

“İkili standartlar” siyasətinin təzahürü.

30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. İkili standartlar beynəlxalq ədalətsizlikdir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi. Məsuliyyətli ölkə olaraq Azərbaycan müharibəni ləyaqətlə aparıb. Ermənistan altı xətt istehkam qurmuşdu, müdafiə zolağı qurmuşdu və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi. Xalqın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biridir.Qələbənin əldə olunmasındabir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Çünki biz Qarabağı unutmadıq. Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. Ermanistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki