image-qanunla-reklam
image-92b1b31b58108e8fade6fcbfd9dae013_9268780

Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir

image-lady-day-az

Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir

Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Azərbaycan ilə Albaniyanın beynəlxalq təşkilatlarda bir-birilərinə verdikləri dəstək ölkələrimizin mövqelərinin güclənməsinə önəmli töhfələr verir: Azərbaycan və Albaniya beynəlxalq təşkilatlarda fəal çalışır, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birilərinə dəstək verirlər. Xüsusilə təqdirəlayiq bir haldır ki, Albaniya Azərbaycanın olmadığı təşkilatlarda da ölkəmizi dəstəkləyir. Qeyd edək ki, o vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə anti-Azərbaycan mahiyyəti daşıyan bir bənd əlavə etdirməyə cəhd göstərmişdi. Həmin sammitdə məhz Albaniya həmin bəndi bloklayan ölkə oldu. Əlbəttə ki, bu addım ölkələrimiz arasında səmimi dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu.

Azərbaycan ilə Albaniya arasında iqtisadi əməkdaşlığın geniş perspektivləri var. Məlumdur ki, bu günə qədər Azərbaycan-Albaniya əməkdaşlıq əlaqələri əsasən enerji sektoruna aid olub. Əlbəttə ki, bu əməkdaşlıq həm ölkələrimiz üçün, həm də çox sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün böyük əhəmiyyət kəsb edir. Albaniyanın ərazisindən keçən boru kəməri əslində Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından müstəsna önəm daşıyır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir.

Bu baxımdan da Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. Bir sıra ölkələrinin TAP-dan həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından faydalarının çox olduğunu xüsusilə vurğulamaq lazımdır. Bununla belə ölkələrimiz arasında digər sahələrdə də iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə işçi qrupunun keçirilmiş iclası digər sahələrdə də əlaqələri daha da dərinləşdirmək baxımından mühüm addım hesab olunur. Bu səbəbdən, bu işçi qrupun əsasında 2024-cü ildə Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın yaradılmasına dair əldə olunmuş razılıq da konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümü kimi qiymətləndirilə bilər.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu

Azərbaycanda neft-qaz hasilatı ilə bağlı bir sıra uğurlar əldə olunmuşdur. Ötən il Azərbaycan tarixində önəmli hadisələrdən biri yaşandı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldı.

“Abşeron” yatağından ilkin qazın alınması ölkəmiz üçün əhəmiyyətli hadisədir: “Azərbaycan yataq ilə bağlı hasilatın pay bölgüsü sazişini 2009-cu ildə imzalayıb. 2011-ci ilin avqust ayında “TotalEnergies” şirkəti böyük qaz ehtiyatlarının olmasına dair ilk kəşfiyyat quyusunu açdı. Quyudan əldə olunan məlumatlar öyrənildikdən sonra məlum oldu ki,  yataqda 350 milyard kubmetr təbii qaz ehtiyati, 45 milyon ton kondensat var. Kondensat daha yüngül neftdir və bahalıdır.

İldən ilə neft və maye karbohidrogenlər hasilatı azalan Azərbaycan üçün bu əlamətdar hadisədir: “Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji böhranının olması, ticari zəncirin qırılması və s. hadisələr fonunda “Abşeron” yatağında illik 1,5 milyard kubmetr qazın alınması ölkəmiz üçün yaxşı nəticədir. Bağlanmış müqavilənin kommersiya sazişinə görə birinci mərhələdən hasil edilən bütün təbii qaz Azərbaycanın daxili bazarına yönləndiriləcək. Yəni 30 il müddətində 45 milyard kubmetr (1,5 x 30) daxili bazara yönləndiriləcək. Yerdə qalan 300 milyarddan artıq hissə isə ixrac üçün lazım olacaq. Qeyd edək k, burada iri platforma tikiləcək: “Ən azı “Şahdəniz -1” gücündə qurulacaq bu platforma ilə 8 milyard kubmetrə qədər qaz hasil etmək olacaq. Bu qazı genişləndirilmiş “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya ixrac etmək mümkün olacaq.

“Şahdəniz-1” layihəsindən daxili bazara 4-4,5 milyard kubmetr qaz gəlir.  Nəzərə alsaq ki, “Abşeron” yatağından da daxili bazar üçün 1,5 milyard kubmetr qaz əldə olunacaq  bu zaman “Şahdəniz”dən gələn qazın bir hissəsini “Abşeron” qazı ilə əvəzləyərək, “Şahdəniz”ində ixrac üçün imkanları artacaq.  Bu il ötən illə müqayisədə Avropa bazarında təqribən 500 milyon kubmetr daha çox qaz satmaq planlaşdırılır. Ötən illə müqayisədə Türkiyə bazarında qaz həcmləri 1 milyard artırılacaq. Ölkəmiz mərhələli şəkildə “Cənub Qaz Dəhlizi”ni genişləndirməyə çalışır. Bu bizim üçün böyük nailiyyətdir.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə  ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir .Bu gün Azərbaycan özünü nəinki  karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir.

Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2023-cü ildə onun həcmi təxminən 11,6 milyard kubmetr olub.

Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir və bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsidir. Bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı. Yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir

Enerji amili yüz illərdir ki, insanların mövcudluğunun davam etdirilməsində ən önəmli və təməl qaynaqlar arasında öz yerini qorumuşdur. Günümüzdə də bu amil öz əhəmiyyətini qorumaqda davam edərək ölkələrin inkişafında əsas strateji rol oynamaqdadır. Bu günə qədər ənənəvi enerji mənbələri enerjiyə olan ehtiyacın əksər hissəsini qarşılamışdır. Ancaq bu mənbələrə hər ölkənin sahib olmaması, idxal, ixrac və tranzitin yüksək maliyyə tələb etməsi, ehtiyatların tədricən azalması və ətraf mühitə dəyən ziyan səbəbindən enerji istehsalında yeni mənbələrə ehtiyac çoxalmışdır. Bu gün Azərbaycan Respublikası  nəhəng enerji infrastrukturu qurub ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.

Azərbaycan yeraaltı və yerüstü sərvətlərlə zəngin ölkədir. Yeraltı sərvətlərdən ən mühümü neft-qazdır. Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.

“Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng layihələrindən biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır.

Cənub Qaz Dəhlizinin təkcə neft-qaz sənayemizin deyil,  ümumən  xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir.  Bir çox ölkələr də bu layihəyə qoşulmaq niyyətindədirlər. Avropada  Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da  genişləndirmək imkanı verir. Cənub Qaz Dəhlizi tarixi nailiyyətdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Cənub Qaz Dəhlizinin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun təkcə iqtisadi deyil, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasının da müstəsna əhəmiyyəti vardır. Azərbaycan Respublikası  hələ uzun müddət dövlətimizin başçısının siya­si iradəsi nəticəsində reallaşmış təşəbbüslərdən faydalanacaq  və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib. Azərbaycanın dinamik inkişafının göstəricisi kimi Bakıda  28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olmuşdur.Bu sərgidə bir çox məsələlərə toxunulmuşdur ki,bunlardan biri də enerji sahəsi idi.

Bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: “Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı baş tutmuş  ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Ölkəmizin  istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialı var. Azərbaycan, həmçinin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv mərhələsindədir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki