image-qanunla-reklam
image-1666355182-63528b27214eda07f075e683

“Heç kimin torpağında gözümüz yoxdur” – Akar

image-lady-day-az

Bizim həyata keçirdiyimiz əməliyyatlarla bağlı söz-söhbətlər dolaşır. Onlar Mehmetçikin uğurunu, saf duyğularını təhqir etmək şəklində hansısa fitnələr yaratmağa çalışırlar. Bunların heç birinin əsası yoxdur. Bütün əməliyyatlarımız özünümüdafiə çərçivəsindədir. Biz işğalçı deyilik, heç kimin torpağında gözümüz yoxdur.

Qanunla.Az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ədirnədə keçirdiyi mətbuat konfransında Türkiyə Ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddialara cavabında deyib.

Akar qeyd edib ki, Türkiyənin yeganə məqsədi ölkənin və millətin müdafiəsi və təhlükəsizliyidir: “Mehmetçik əməliyyatlarda dinc,günahsız insanlara, tarixi, dini, mədəni strukturlara və ətraf mühitə zərər verməmək üçün heç bir ölkə ordusunun göstərmədiyi bir həssaslığa malikdir. Biz bu həssaslığı həm planlaşdırma, həm də icra mərhələlərində göstəririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki