image-qanunla-reklam
image-1691155523-prezident

Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir,dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir

image-lady-day-az

Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir,dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir

Dövlət siyasəti bir çox təməllərə dayansa da üç əsas istiqamət onun var olma səbəbidir: sosial-iqtisadi siyasət, gənclər siyasəti və ordu quruculuğu. Gənclər hər bir dövlətin insan kapitalının özəyini təşkil edir. Ölkənin gələcək inkişafı sağlam mühitdə yetişdirilən sağlam düşüncəli gənclərdir. Bu səbəbdən ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin prioritet istiqamətləri bu gün ölkə Prezidenti İlham Əliyevin bu siyasətə yeni yanaşmaları ilə uğurla davam etdirilir. Qloballaşan və informasiyalı cəmiyyətə çevrilən dünyamızda gənclərlə bağlı siyasətin yeni konturları cızılır.

“İlk növbədə tariximizi unutmamalı, tariximizi yaşatmalı və tarixdən ibrət götürməli!”…Bu deviz Prezident İlham Əliyevin çıxışının əsasını təşkil edir. Tarixi bilmək və öyrənmək düzgün təhlil aparmağa və inamla irəliyə getməyə kömək edir. Yalnız o halda beynəlxalq aləmdə layiqli yer tutmaq olar ki, tariximizi və mövcud reallıqları böyük kürsülərdən dünya ictimaiyyətinə çatdıra bilək. Tariximizin araşdırılması ilə bağlı gənclərimizin üzərinə böyük vəzifələr düşür. Bu sahədə yeni araşdırmalar aparmaq, qaranlıq məqamları aydınlaşdırmaq, dünyanın tanınmış elmi nəşrlərində müxtəlif dillərdə məqalələr yayımlamaq, elmi fəaliyyət planında Azərbaycanşünaslıqla bağlı məsələlərə üstünlük vermək tariximizi yaşatmağın, təbliğ etməyin ən mühüm və vacib vasitəsidir. Əsaslı dəlillərlə sübuta yetirilmiş tarix hər bir ölkənin ərazi bütövlüyünün, tarixi mövcudluğunun qarantıdır. Tarixi faktlar və sənədlər nə qədər əsaslı olarsa beynəlxalq aləmdə xalqların və dövlətlərin özünüifadəsi bir o qədər asan olar.

Gənclərlə bağlı siyasətin təməlində onların təşəbbüslərinin dəstəklənməsi dayanır. Yalnız o yerdə gənclərin inkişafından danışmaq olar ki, orada onların fikirləri və baxışları dəstəklənsin, onlar sağlam təməllər üzərində inkişaf etsin və qazanılan bütün uğurların arxasında dövlətin gücü və mənafeyi qorunmuş olsun. Məhz bu istiqamət ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan qurmaq yolunda attığı ən mühüm addım idi.

“Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur” deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməlində, məhz bu siyasətin durduğunu və bu gün onun verdiyi bəhrələrin vətənpərvər və qətiyyətli Azərbaycan gəncinin yetişdirdiyini göstərdi.

Yeni dünyamızda dövlətlərin apardığı siyasəti anlamaq yeni baxışlar və yeni yanaşmalar tələb edir. Böyük dövlətlərin güc tətbiq etməklə dünyanı idarə etmək cəhdləri artıq öz yerini qloballaşma adı altında hədəfə aldığı ölkələrdə gənclərə təsir etmək, müxtəlif missiyalara və cərəyanlara cəlb etmək, kosmopolit gənclər yetişdirmək missiyasına verib. Biz bu məqsədləri anlamaqda ayıq olmalı, təhlükələri vaxtında sezməli və gənclərimizi belə təhlükələrdən, kənar təsirlərdən qorumalıyıq. Milli maraqlar hər şeydən üstün olmalı, təhlükələr vaxtında dəf edilməli, müqavimət göstərməkdən çəkinməməliyik. Bu fikirlər ölkə başçısının gənclərə xəbərdarlığıdır. Gənclər bu xəbərdarlıqdan nəticə çıxarmalı və müstəqilliyimizin keşiyində durmalıdırlar.

Müzəffər Ali Baş Komandan dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan ordusu ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində mülki şəxlərə və uşaqlara ziyan vurmayıb, Azərbaycan ordusunun hədəfi yaşayış məntəqələri, məktəblər və xəstəxanalar olmayıbdır.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

 

 

Azərbaycanın genofondu gənclərdir. Biz onları hər tərəfli qorumalıyıq.

Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması  çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir.

Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla bir çox şəhərlərin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə Sovet İttifaqının  tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər keçmiş SSRİ-nin aparıcı təhsil müəssisələrində təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.

Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı kimi prinsiplər əsas tutulur. Bu məqsədlə ölkəmizdə bu sahədə silsilə addımlar atıldı. Dövlət gənclər siyasətinin həyata keçirilməsinin hüquqi əsasları təsis olundu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”,- deyən ulu öndər Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Gənclərin II Forumu həmçinin “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” imzalanmış fərman və sərəncamlar, eyni zamanda “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” qəbul edilmiş proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

“Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun.”

Şöhrəti və nüfuzu sərhəd tanımayan, əbədiyaşarlıq zirvəsinə ucalan Heydər Əliyevin əzəmətli şəxsiyyəti, onun Azərbaycana, doğma xalqına həsr edilmiş şərəfli ömür yolu, mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, ibrətamiz tərbiyə məktəbidir. Ulu Öndərin ölkə vətəndaşlarına qiymətli əmanəti hesab edilən əvəzolunmaz irsi – xarici və daxili siyasət quruculuğuna, iqtisadiyyatın, elmin, təhsil və mədəniyyətin inkişafına, dövlətçilik ənənələrinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə, dövlətin idarəolunması texnologiyalarına, cəmiyyətdə insan amilinin və mənəvi ucalığın, Vətən təəssübünün prioritet dəyərlər kimi qiymətləndirilməsinə həsr edilmiş proqram istiqamətli nitq və çıxışları, müsahibələri XXI əsr Azərbaycan vətəndaşının yetkin şəxsiyyət olaraq formalaşması üçün daim öyrənməli zəngin xəzinədir. Dahi rəhbərin dünyanın nüfuzlu dövlət başçıları, siyasi xadimləri ilə keçirdiyi görüşlərdə nümayiş etdirdiyi taktiki ustalıq, dialoq mədəniyyəti və müsahibini öz təsir dairəsində saxlamaq istedadı isə gələcək siyasətçilər üçün ibrətamiz ustad dərsləridir. Hazırkı dövrdə təhsil işçiləri, bütövlükdə pedaqoji ictimaiyyətin ən başlıca vəzifəsi gənc nəslin hər bir nümayəndəsini dahi Heydər Əliyevin nümunəsində, onun banisi olduğu azərbaycançılıq məfkurəsinin timsalında tərbiyə etməkdən, ulu rəhbərin zəngin elmi-nəzəri irsini davamlı surətdə uşaq və gənclərə öyrətmək üçün əzmlə çalışmaqdan, bu şərəfli işi Vətən və xalq qarşısında vətəndaşlıq borcu kimi qiymətləndirərək yerinə yetirməkdən ibarətdir.

Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı  Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki