image-qanunla-reklam
image-1919142c-b1a6-4338-804b-7231086f6568

Gənc idmançımız qol güləşi üzrə Dünya Çempionatında gümüş medal qazanıb

image-lady-day-az

Azərbaycanda keçirilmiş qol güləşi üzrə Dünya Çempionatında idmançılarımız uğurla çıxış edib.

Qanunla.az-ın verdiyi məlumata görə, idmançımız Fuad QAZİ U-15 kateqoriyasında uğurla çıxış edərək həm sağ, həm də sol qolda 2-ci yerə layiq görülüb.

Güclü rəqiblər arasında fərqlənərək gümüş medala sahib çıxan gənc idmançımız yarış ərzində yüksək dözümlülük, texniki hazırlıq və əzmkarlıq nümayiş etdirib.

İdmançımız qazandığı bu uğuru məşqçisi dəfələrlə beynəlxalq turnirlərin qalibi Ruslan Ahıskalının uzun illər ərzində göstərdiyi dəstəyə və zəhmətə borclu olduğunu bildirib.

Fuad QAZİ qeyd edib ki, Ruslan müəllimin peşəkar yanaşması, dəstəyi və səbrli zəhməti onun bu səviyyəyə çatmasında əsas rol oynayıb.

Bu uğur həm də Azərbaycan idmanının inkişafında qadın idmançılarının rolunu bir daha nümayiş etdirir və gənclərə gözəl nümunədir.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki