Bakıda KEMPO idman döyüş növü üzrə XXVIII Açıq Respublika Çempionatı və Birinciliyi keçirilib.
“Qanunla.az” xəbər verir ki, turnirdə respublikanın müxtəlif regionlatından 200-dən çox idmançı iştirak edib.
Əli Döyüş İdman Klubunun yetirməsi Süleymanov Fateh Ramil oğlu bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb
Yeniyetmə idmançı kubok və diplomla təltif olunub.
Fateh Süleymanov qeyd edib ki, şəxsi məşqçisi Sərhad Quliyevin peşəkar yanaşması, dəstəyi və səbrli zəhməti onun bu səviyyəyə çatmasında əsas rol oynayıb.
Bu uğur həm də Azərbaycan idmanının inkişafında gənc idmançıların rolunu bir daha nümayiş etdirir və gənclərə gözəl nümunədir.
Orxan Rasifoğlu



























