“Express xəbərlər” media şirkətinin rəhbəri Fərid Hüseynov məkanların birində özünə təmtəraqlı doğum günü qeyd edib.
“Qanunla.az” xəbər verir ki, bu münasibətlə media şirkətinin rəhbəri özünə paytaxt restoranların birində böyük yığıncaq təşkil edib.
Fərid Hüseynovun özəl günündə tanınmış jurnalistlər, blogerlər, əməkdar artistlər Zakir Əliyev, Babək Niftəliyev, müğənnilər Manaf Ağayev, Əflatun Qubadov, Elşad Qarayev, Nüşabə Musayeva, Sevinc Şirin, Niam Salami, reper Ramin Nabran, xeyirəçi Hacı Nuran, Kamil Zeynallı, meyxana ustadları və başqaları iştirak edib.
Məclisin aparıcısı isə Mikayıl Güləddinoğlu olub.
Qonaqlar ad günü məclisindən lentə aldıqları foto və videoları instaqram səhifələrində paylaşıblar.
Orxan Rasifoğlu



























