image-qanunla-reklam
image-307364275_1676945259343827_2178299229618905594_n

Ermənistan üzərindəki Ümummili Qələbəmiz, Dövlətçilik tariximizə ən şərəfli töhvəfədir

image-lady-day-az

Ermənistan üzərindəki Ümummili Qələbəmiz, Dövlətçilik tariximizə ən şərəfli töhvəfədir.

 

Bir az əvvələ qayıdaraq, 44 günlük Vətən müharibəsindəki ümummilli qələbəmizə nəzər salaraq, xüsusi qeyd edirəm ki, bu  müharibə Müzəffər, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də çox usta sərkərdəlik bacarığını, ağır şəraitdə düzgün qərar vermək bacarığını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları o  gün dövlətimizin başçısı, ölkə rəhbəri İlham Əliyev xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında,siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq.Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq.Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq.

Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında Ali Baş Komandanımızın qətiyyəti, müdrik siyasəti, Ordumuzun  gücü qüdrəti nə qədər mühüm idisə, Xalq, Ali Baş Komandan, Ordu birliyidə bir o qədər önəm daşıyırdı. Məhz qarşı tərəf olan Ermənistanın kapitulyasiya aktına imza etməsi ilə Azərbaycan Vətən müharibəsindəki möhtəşəm qələbəsini təmin etdi və  rəsmiləşdirdi. Qeyd etməliyəm ki, üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklədə Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  qaytarılması da tarixi qələbələrimizdəndir. Mən deyərdim ki, Ağdamın siyasi yolla azad olunması hərbi və diplomatik qələbəmizin nəticəsi idi! Sonra isə  Azərbaycan Ermənistana humanitar atəşkəs təklif etdiyini bildirdi. Hazırda diqqətinizi sərhəddə cari ayın 12-si gecə  vəziyyətin gərgin olmasına çəkmək istəyirəm.

Artıq Müdafiyə Nazirliyinin mətbuat xidmətinin bu barədə rəsmi məlumatı yayıldı. İki ölkə arasında, qarşı Ermənistan silahlı qüvvələrinin təxribatı və müəyyən sərhədlərimizdən içimizə sızmağa cəhdi müşahidə olundu. Lakin qəhraman döyüşçülərimiz düşmənin bu təxribatına artıqlaması ilə cavab verərək, yerinə otuzdurdular. Artıq Müdafiə Nazirliyimiz Ermənistanın bu təxribatından sonra qarşı tərəfin 300-dən artıq, Azərbaycanın 80 hərbçisinin həlak olduğunu açıqlayıb. Rəşadətli Ordumuz düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmiş və qarşı tərəfi geri çəkilməyə, qaçmağa məcbur etmişdir. Mən xalqımızın erməni tərəfin təxribatının qarşısını alarkən qəhramancasına şəhid olmuş qardaşlarımızı əbədi mənzilə yola salarkən, onların qəhramanlığını alqışladığı bir vaxtda, adını nüxalifət qoymuş,lakin artıq kimliyidə  bilinməyən radikal, bir qrup rəhbərliyə iddialı qüvvələr barədə danışmaq istəyirəm.

Heç kəsə sirr deyil ki, bu dırnaqarası müxalifət Azərbaycanda bəzi xarici qüvvələrin, konkret desək ölkələrin maraqlarına onların dəyirmanlarına su tökməklə, məşquldurlar.Onların bu dırnaqarası xidməti isə özlərində belə olmayan, “demokratiya” adlandırdıqları pərdə arxasında minbir oyundan çıxmaları ilə müşahidə olunur. Bu istəyin adı isə xaosdur, özübaşınalıqdır! Lakin unudurlar ki, ölkəmiz artıq müasir, müstəqil və bütöv şəkildə öz tarixi sərhədləri müəyyən olunaraq, inkişaf etməkdədir, ən əsası isə əmin əllərdədir. Xalqımız nə onlara, nə də onların öz məkrli niyyətlərini həyata keçirmək istəyən xarici havadarlarına imkan verməyəcəkdir. Mən bir daha bəzi qüvvələrə burdan istifadə edərək xəbərdarlıq edirəm, bu səbəbdən hər kəs öz məsuliyyətini anlamalı və bu vəziyyətdə hamı bir nəfər kimi qətiyyətli rəhbəri, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməlidir! Bunun üçün hər birimiz məsuliyyətli olmalıyıq, qanunlara əməl etməliyik. Memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan bu gün qətiyyətli Ali Baş Komandan İlham Əliyevin yürütdüyü alternativ siz,düşünülmüş siyasətlə öz tarixi torpaqlarını bərpa edir. Həmin torpaqlarda isə müasir formada tikinti quruculuq işləri aparır.

Qətiyyətli Prezidentimiz müstəqil Azərbaycanın tarixində son 200 ildə mümkün olmayanı, mümkün edir, itirilmiş, düşmən taptağında olan torpaqlarımızı bərpa edir. Əlbətdə ki, bu ümummilli qələbəmizi itkisiz təmin etmək mümkün olmadı. Lakin qədirbilən xalqımız istər birinci Qarabağ döyüşlərində, istərsədə dünyada bu günədək analoqu olmayan 44 günlük Vətən müharibəsində, ondan sonra düşmən tərəfin təxribat xarakterli bütün hücumlarının qarşısını alarkən şəhid olmuş bacı, qardaşlarımızı unutmayacaq və qəlbində daima onların  özlərinə və ailələrinə qiymət verməklə yaşadacaqdır.Qürur hissi ilə, qeyd edirəm ki, cari ilin sentyabr ayında Prezident İlham Əliyevin ŞƏT-in Zirvə görüşünə dəvət olunması ölkəmizin, eyni zamanda  Prezident İlham Əliyevin bir siyasətçi olaraq dünyada böyük nüfuza malik olmasından və ona göstərilən yüksək diqqətdən xəbər verirdi. Rusiya, Pakistan, Çin, Hindistan, Orta Asiya ölkələrini birləşdirən bu mötəbər görüşdə Ölkəmizində iştirakı və verilən qərarlarda söz sahibi olması xüsusi əhəmiyyət daşıyırdı. Səmərqənddəki Zirvə görüşündə fəxri qonaq qismində iştirak edən ölkə rəhbəri İlham Əliyev Türkiyə, Çin, Rusiya, Pakistanın dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə vacib olan məqamlardan biri də, ŞƏT üzvlərinin ermənilərin son sərhədboyu törətdiyi təxribatlar barədə məlumatlandırılmış və pislənilmişdir. Bu isə  Ölkəmizin dünyada sülh mesajı və dəstəklənməsi üçün müəyyən qarşılıqlı anlaşmaların əldə ediləcəyi kimi qiymətləndirilir.Sonda qürurla qeyd edirəm ki, Ermənistan üzərindəki Ümummilli Qələbəmiz, Dövlətçilik tariximizə qətiyyətli Ali Baş Komandan,Prezident İlham Əliyevin ən böyük və şərəfli töhvəsi idi.

 

Saatlı rayon sakini

Yeni Azərbaycan Partiyasının üzvü

Vüqar Məmmədov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki