image-qanunla-reklam
image-esger-ermeni

Ermənistan ehtiyatda olanları çağırır: müharibə hazırlığı?

image-lady-day-az

Ermənistan 1 aprel-28 iyun tarixində ehtiyatda olan hərbçi qulluqçuları təlimə çağırır: ümumilikdə 4799 nəfər təlimə cəlb olunacaq, onlardan 4353 nəfəri sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket artilleriya üzrə ixtisaslaşmış zabitlərdir.

Qanunla.Az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu təlimlər Ermənistanın Azərbaycanla müharibəyə hazırlığı fonunda təsadüfi deyil və ehtiyatdan çağırılan hərbçilərin mümkün təxribatlara cəlb olunacağı istisna edilməməlidir:

“Ötən ilin sentyabrda analoji ssenari baş vermişdi: sərhəddə erməni təxribatından sonra Ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanlar da vardı, misal üçün, 40 yaşlı Andranik Antonyan. Yenidən eyni ssenarinin tətbiqi mümkündür.

Ehtiyatda olanların çağırışı ilə ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldıraraq, onlardan təxribat hücumlarında istifadə edə bilərlər. Söhbət 5 minə yaxın hərbçidən gedir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki