image-qanunla-reklam
image-1710408373_38

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir

image-lady-day-az

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Forumun bu dəfəki mövzusu “Parçalanmış dünyanın bərpası”dır. Forumun açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli hadisələrin də detallı təhlilini təqdim etdi. Dövlət başçısı bildirdi ki, bəzi dəyişikliklər lokal xarakterli kimi görünsələr də, əslində daha geniş təsir dairəsinə malikdirlər. Təbii ki, qeyd olunan dövr ərzində baş verən ən önəmli dəyişiklik Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. Bu, həqiqətən də həll olunmayan kimi görünən bir çox münaqişələrin həllinə çox müsbət təsir göstərə biləcək bir nümunədir. Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini tapmaq üçün çox çalışdı. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalması üçün demək olar ki, 30 il ərzində hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdı. İstədi ki, ədalət zəfər çalsın. Ancaq bu, məsələni sülh yolu ilə həll etmək mümkün olmadı. Əksinə, keçmiş Minsk qrupunun timsalında bəzi beynəlxalq təşkilatlar yalnız münaqişənin dondurulmasına və Azərbaycan torpaqlarının əbədi olaraq işğalda qalmasına çalışırdılar. Beləliklə, ölkəmizin münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdləri uğursuzluqla qarşılandı. Yalnız bundan sonra Azərbaycan öz legitim hüquqlarından istifadə edərək hərbi yolla işğala son qoydu. Münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərdi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, Azərbaycanın ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyi antiterror əməliyyatının nəticəsidir.

Cənab Prezident İlham Əliyevin bu qlobal əhəmiyyət kəsb edən tədbirin keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycanın fəal tərəfdaşı olacağına dair səsləndirdiyi fikirlər də rəğbətlə qarşılandı. Qeyd olundu ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Azərbaycan Prezidenti hər dəfə öz çıxışlarında bəyan etmişdir ki, ölkəmizin neft və qaz sərvətlərinə sahib olmağı bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Əksinə Azərbaycan bu gün yaşıl enerjiyə keçidlə bağlı böyük işlər görür və artıq bu işlərin praktiki nəticələri də var. COP29 Azərbaycana ilk növbədə bunu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu.

Hər bir Qlobal Bakı Forumu üçün seçilən mövzular özündə həmin dövrün tələblərini əks edir. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirir. Bu çağırışlara uyğun olaraq atılan addımlar  düşünülmüş siyasətə əsaslanır. X Qlobal Bakı Forumundan ötən bir ildə Azərbaycanın həyatında baş verən yeniliklərə diqqət yetirmək kifayətdir: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.Azərbaycan sübut etdi ki, buna nail  olmaq üçün səylər göstərilməli, sonadək mübarizə aparılmalıdır. Bu bir faktdır ki, Azərbaycanın son 30 ildə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy göstərib. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəllidir. 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın  nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa olundu. Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh müqaviləsinin imzalanması prosesini boyun qaçırdı. Ermənistanın bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki