image-qanunla-reklam
image-prezident

Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi

image-lady-day-az

Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Bu sıradan Cənub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr aparılır. Mart yaıın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə də bu məsələlərə, bu məslələrlə bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Müsahibənin ümumi ahəngi Azərbaycanın istər siyasi, istərsə də iqtisadi qüdrətinin təsdiqi kimi dinlənildi. “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”.

Bu layihələr müxtəlif dövlətlərin iştirakı ilə gerçəkləşə bilərdi. Cənab Prezident müsahibəsində qeyd etdi ki, “Layihəni reallaşdır¬maq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”. Müsahibə həm də əməkdaş dövlətlərə dəyərli tövsiyə ilə tamamlandı: “Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir. Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib”. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə iqtisadi əməkdaşlığı əhatələyən beynəlxalq münasibətlər baxımından tarixi müsahibə kimi izlənilir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır

2024-cü ilin martın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirib. Qeyd edilib ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başlandı. Artıq uzunluğu 3500 kilometr olan kəmər reallığa çevrilib.

Müsahibədə bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı sual da cavablandırıldı. Qeyd edildi ki,  COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Prezident cənab İlham Əliyev müsahibəsində bildirdi ki: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”. Müsahibəsinin sonunda ölkə başçısı qeyd etdi ki, “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

Azərbaycanın 2030-cu ilədək 5 mili sosial-iqtisadi inkişaf prioritetindən biri “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” olaraq müəyyənləşdirilib. Bu təşəb­büsə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırıl­ması, yaşıllaşmanın bərpası və artırılma­sı, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin icrasına baş­lanılıb. Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsin­də də bu barədə ətraflı bəhs edib.  Prezident cənab İlham Əliyev müsahibədə, eyni zamanda, Azərbaycanın bərpaolu­nan enerji layihələri gündəliyinin çox iddi­alı olduğunu, Beynəlxalq Maliyyə Korpo­rasiyasının hesablamalarına əsasən, bu sahədə Xəzər dənizinin Azərbaycan sektorunda potensialın 157 giqavat təşkil etdiyini də diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan artıq bu mühüm yolu qət etməyə başlayıb. Ölkə rəhbəri, həmçinin qarşıdakı 10 ilə respublikada bərpaolu­nan enerjidən maksimum dərəcədə isti­fadə edilməsinin və daxili bazarda təbii qaz istehlakınının azaldılmasının plan­laşdırımasını da xatırladıb.

Ölkəmizdə Naxçı­van Muxtar Respublikası, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqti­sadi rayonları “yaşıl enerji zonaları” elan edilib. Həmçinin ətraf mühitin mühafizəsi düşməndən təmizlənən ərazilərin irimiq­yaslı bərpa və yenidənqurma prosesində prioritet istiqamət olaraq qəbul olunub. Bu ərazilərdə artıq “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tət­biqinə, ekosistemin bərpasına başlanılıb.  Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bərpaolunan enerji layihələrinin icra­sı bu torpaqlar işğaldan azad edilən ilk vaxtlardan etibarən diqqət mərkəzində saxlanıb. Belə ki, 2021-2023-cü illərdə Azərbaycanın bu bölgələrində ümumi gücü 170 meqavatt olan su elektrik stan­siyaları istismara verilib. Eyni zamanda, cari ilin sonunadək bu stansiyaların gü­cünün 270 meqavata çatdırılacağı, bir neçə il sonra isə həmin göstəricinin 500 meqavata yüksəldiləcəyi qarşıya mü­hüm vəzifə kimi qoyulub. Yeri gəlmişkən, ötən ilin oktyabr ayında respublikamızda Xəzər dənizi və Qafqaz regionunda ən böyük elektrik stansiyası olan 230 meqa­vatt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib.  Ümumiyyətlə, Azərbaycan bərpaolu­nan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə po­tensialı təqribən 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə təqribən 157 qiqavata bərabərdir.  Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz” enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.

Bu gün iqlim dəyişikliyi problemi bütün dünyanı əhatə etdiyi üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 190-dan çox dövlət qoşulub. Bu dövlətlər müxtəlif konfrans və seminarlar keçirərək “yaşıl enerji”yə keçidin reallaşmasına və atmosferə karbon qazının atılmasının azaldılmasına çalışırlar. Həyata keçirilən tədbirlər sırasında konvensiya tərəfdarlarının konfransı (Conference of the Parties (COP)) xüsusi önəm daşıyır. Sayına görə 29-cu konfrans (COP-29) cari ilin noyabr ayında Bakıda keçiriləcək və bu tədbir ölkəmiz üçün mühüm xarakter daşıyır. Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilmə­si üçün seçilməsi təsadüfi de­yil. İqlim dəyişmələrinin qar­şısının alınması, ilk növbədə, istixana effektini törədən qaz­ların atmosferə buraxılması­nı ya sıfır səviyyəsinə endi­rilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə enerji transforma­siyanın əsas istiqaməti olan bərpaolunmayan enerji mən­bələrindən bərpaolunan enerjiyə  keçmək deməkdir.

Prezident cənab İlham Əliyev hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respub­likasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imza­layıb. Sərəncamın icrası ilə əlaqədar Qarabağda, Bakıda, Naxçıvanda böyük həcmli la­yihələr həyata keçirilib.  Beynəlxalq standartlara əsasən transformasiyanın va­cib şərti enerji səmərəliliyidir. Səmərəlilik hər vahid ener­jinin istifadəsi nəticəsində hansı dəyərdə ümumi daxili məhsul istehsal olun­duğuna əsaslanır. Göründüyü kimi, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu, öz ifadə­sini ölkədə energetika infrast­rukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şə­raitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə tapıb. Azər­baycanın enerji transforma­siya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsi­nin nəticəsidir. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasi­yaların inkişafı strategiyası­nın nəticəsidir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı

Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Tədbir zamanı Prezident cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub. Hər şeydən əvvəl onu qeyd edək ki, dövlətimizin başçısının səsləndirdiyi “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı” fikri ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dir mesaj idi. Çünki Azərbaycan nefti inkişafa çevirdi və bu təbii sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının getdikcə daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub.

Prezident cənab İlham Əliyev müsahibədə. jurnalistin COP29-la bağlı sualına cavabında COP29-un bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil etdiyini vurğuladı. Diqqətə çatdırdı ki, çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Həm də buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Azərbaycan Prezidenti burada təhdid yaradan amillərin olduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki