image-qanunla-reklam
image-1695229576_ilham_aliyevv

Bütün Qarabağ inkişaf edir

image-lady-day-az

Bütün Qarabağ inkişaf edir.

Prezident cənab İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki,  Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir. Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara – red.) qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.Dövlətimizin başçısı sözügedən çıxışı zamanı onu da  bildirib ki, artıq 2300 keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir. Həmçinin bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıdışını təmin etmək üçün artıq ötən ilin avqust-sentyabr aylarından başlayaraq burada 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb. Yaxın perspektivdə məskunlaşdırmanın miqyasının əhəmiyyətli dərəcədə genişlənəcəyi gözlənilir. Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi gözlənilir.

Sözügedən Forumun açılış mərasimindəki çıxışında onu da vurğulayıb ki,  İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Dövlətimizin başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını  diqqətə çatdırıb. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri görülən işlərə nəzarət xarakteri daşıyır. Aparılan bərpa-quruculuq işləri təhlli edilir, qarşıdakı dövrün  prioritetləri açıqlanır. Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq.  Böyük Qayıdış azərbaycanlıların təkcə Qarabağ  və Şərqi Zəngəzur deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqları əhatə edəcək. Bu uğurlar ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətin mükəmməlliyini və aparılan islahatların cəmiyyətin bütün üzvlərinin mənafeyini əks etdirdiyini göstərir.

 Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir.

Sentyabrın 29-da 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.

2-ci Milli Şəhərsalma Forumunda Prezident cənab İlham Əliyev xatırlatdı ki, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Ölkə başçısı Forum iştirakçılarının diqqətinə çatdırdı ki, bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Həçminin Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə də töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ölkəmizin Böyük Qayıdış Proqramını həyata keçirdiyini qeyd edən ölkə başçısı vurğuladı ki, Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

 Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır.

Prezident cənab İlham Əliyev 2-ci Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.

30 ilə yaxın bir müddətdə insanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Azərbaycana qarşı planlı urbisid və kultursid həyata keçirilib. Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur. Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir.

Ölkə başçısı qeyd etdi ki, bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Prezident cənab İlham Əliyev Forum iştirakçılarına onu da xatırlatı ki, Ermənistan işğaldan əl çəkmək istəmirdi. Azərbaycan isə işğalla barışmadığını sübut etdi və 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Bölgənin yol infrastrukturu surətlə şaxələnir.

Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına son  səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, «Cahangirbəyli» su elektrik stansiyasının açılışında iştirak etməsi, bir çox obyektlərdə görülən işlərlə tanış olması, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır və hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Sentyabrın 29-də “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi» mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində dövlət başçımız bildirib ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır.  Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı «ağıllı kəndi»nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azad olunmuş  ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Ölkə başçımız daim qeyd edir  ki, işğaldan azad olunmuş ərazilərin bərpasında bizə rəqib olan ancaq zamandır. Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi üçün ən yüksək standartlarla inkişaf planı və proqram hazırlanmış,  həyata keçirilməyə başlanmışdır. Füzuli və Zəngilan rayonlarında Beynəlxalq Hava limanlarının qısa zamanda  istifadəyə verilməsi, işğaldan azad olunmuş bütün ərazilərdə elektrik stansiyalarının qurulması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, mədəniyyət paytaxtı Şuşanın dirçəldilməsi istiqamətində  misilsiz işlərin görülməsi sözün həqiqi mənasında ölçüyəgəlməzdir. Bunu yalnız beynəlxalq təşkilatlar deyil, hətta  erməni mətbuatı və  siyasətçiləri  də etiraf edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi,  bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər zaman Prezident İlham Əliyev bildirirdi ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: “Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”. Azərbaycan Ordusu ata-baba torpaqlarını erməni terrorçu xunta rejimindən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət başçısının dediyi heç bir söz əbəs yerə deyildi.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

 

 

Zəngilan mühüm nəqliyyat qovşağıdır.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistikaimkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib.

Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan Zəngilan üçün yeni dövr başlayır. Rayonun ölkənin nəqliyyat logistika mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir.Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.İndi işğal dövründə erməni vandalları tərəfindən yerlə yeksan edilən, dağıdılan yurd yerlərinin bərpası işinə başlanılıb. “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bütün Qarabağlılar kimi uzun illər vətən həsrəti ilə yaşayan Zəngilanlılar öz doğma Zəngilanlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.

Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdurNəzərə alsaq ki, Zəngilan təbii ehtiyyatlarla zəngin olan rayonlarımızdandır. Bu da da təbii ki, Zəngilanda fərqli sənaye sahələrinin qurulmasına imkan yaradır. Və gözlənilir ki, emaledici sənaye bu rayonda daha çox inkişaf edəcək. Eyni zamanda turizm potensialı da böyükdür. Çünki Zəngilanın təbiəti və eyni zamanda tarixliyi daha çox xarici turisti cəlb etməyə imkan verir. Bu sektorun inkişafını stimullaşdırmaq mümkün olacaq Zəngilan həm də nəqliyyat və logistik baxımdan seçilən rayonlarımızdandır. Çünki hava limanının istifadəyə verilməsi, Zəngilan üzərindən dəmiryolu və eləcə də avtomobil yollarının inşa edilməsi və gələcəkdə Zəngəzur dəhlizinə Zəngilanda formalaşan nəqliyyat şəbəkəsinin inteqrasiyası da nəticə etibarı ilə bu rayonumuzda logistikanın inkişafı baxımından da yeni imkanlar yaradacaq: Bu baxımdan da Zəngilan rayonu, çox qısa zamanda məskunlaşmadan sonra Azərbaycan iqtisadiyyatına xüsusi tövhə verən rayonlardan birinə çevriləcək.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki