image-qanunla-reklam
image-ilham-eliyev-esas

Bütün amillərin vəhdəti Qələbəmizi təmin etdi

image-lady-day-az

Bütün amillərin vəhdəti Qələbəmizi təmin etdi.

Azərbaycan  mötəbər tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrilib. Ölkəmiz müxtəlif istiqamətli yəni idman, mədəniyyət, qlobal siyasətlə bağlı beynəlxalq tədbirlərin  keçirilməsi ilə bağlı intensiv proseslərin reallaşdırılması ilə məşğuluq. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın nüfuzu beynəlxalq  aləmdə günü-gündən artmaqdadır. XI Qlobal Bakı  Forumunun “Parçalanmış dünyanın bərpası” adı ilə  keçirilməsi və Prezident cənab İlham Əliyevin iştirak edərək çıxış etməsi, eləcə  də bir sıra dövlətlərdən rəhbər və səlahiyyətli  şəxslərin iştirak etməsi bu tədbirin  önəmini bir daha göstərir.

Azərbaycan  həm özünün üzv olduğu beynəlxalq  təşkilatlardakı fəaliyyəti ilə nümunəvi proses  ortaya qoyur. Həm də eyni  zamanda bu kimi mötəbər tədbirlərdə iştirakı ilə, belə tədbirlərə ev sahibliyi etməklə dünya səviyyəsində yeni nümunə ortaya qoyur. Bu, Azərbaycan  dövlətinin daxili siyasəti ilə yanaşı ümumilikdə  dövlət siyasətini tamamlayan xarici uğurlu siyasətin həyata keçirilməsi ilə əlaqədardır. Pandemiya dönəmində Azərbaycan  Qoşulmama Hərakatının tribunasından hansı  şəkildə  uğurla istifadə etdi. Daha sonra dünyanın  ikinci ən böyük  təşkilatı olan Qoşulmama Hərəkatından  sonra  ən böyük təşkilat olan BMT-nin dövlət və hökumət  başçılarının Baş Assambleyasının xüsusi sessiyasının  çağırılmasına  nail oldu. Yəni, nadir halda çağırılan bu tədbiri Azərbaycan öz təşəbbüsü ilə reallaşdırdı və Azərbaycan  tərəfi pandemiya ilə mübarizə çərçivəsində  beynəlxalq aləmə özünəməxsus çağırışları  oldu. Yəni, bəşəriyyət üçün ən önəmli problemlərdən olan pandemiya ilə mübarizə çərçivəsində  Azərbaycan öz səsini ucaltdı və bu səs bütün dünya  tərəfindən eşidildi. Azərbaycanın ayrı-ayrı beynəlxalq platformalarda uğurlu  fəaliyyətini  misal  gətirə bilərik məsələn Birləşmiş Millətlər Təşkilatının, onun ayrı-ayrı qurumlarının  müxtəlif  tədbirlərində Azərbaycan  çox aktiv şəkildə iştirak edir. Eyni  zamanda, Qoşulmama Hərəkatına 4 ilə yaxın müddətdə ərzində rəhbərlik etdiyi və dünyanın 120 dövlətini  ümumilikdə 25 dövlət  və təşkilatın müşahidəçi qismində  olduğu 145 ölkəni və təşkilatı öz çətiri altında birləşdirən Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik edən Prezident cənab İlham Əliyev həmin o təşkilatın gənclər platformasının parlament şəbəkəsinin yaradılmasına  nail oldu. Təbii ki, o ənənənin davamı olaraq artıq  Azərbaycan  ondan sonra  da  bir sıra mötəbər  tədbirlərə  həm ev sahibliyi edib, həm də həmin tədbirlərdədə  iştirak edib.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir

Bu günlərdə XI Qlobal Bakı Forumunun  keçirildiyi bu tədbir dünyada müxtəlif analoji tədbirlərlə, beynəlxalq tədbirlərlə müqayisə olunacaq dərəcədə əhəmiyyət daşıyır. Bu Forum Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu və bir sıra digər mötəbər tədbirlər var ki, həmin o tədbirlərdən heç də az əhəmiyyət daşımır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra həm regionda, həm regional bağlı beynəlxalq aləmdə Avropa, Asiya, Afrika qitələrində mövqeyi və nüfuzu o qədər artıb ki, artıq Azərbaycan dünya səviyyəli mötəbər tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilir. Bu, həmin o təşkilatlara üzv olan dövlətlərin mütləq səs çoxluğu ilə həyata keçirilir. Bu gün  dünya üçün, o cümlədən BMT üçün ən önəmli proseslərdən biri də iqlim dəyişikliyi ilə bağlı məsələlərdir. İqlim dəyişikliyi dünyanın istənilən nöqtəsində hər bir dövləti, hər bir insanı ciddi şəkildə narahat edən bir məqamdır.

COP29-la bağlı qərar Azərbaycana etibar və etimadın göstəricisidir. COP29 tədbirinin keçirilməsi üçün Bakının  seçilməsi bu günə qədər həmin o tədbirdə Azərbaycanın iştirakı və həmin o iştirak zamanı məsuldar fəaliyyət ortaya qoyması çox önəmli xarakter daşıyır. Ən azından ötən il  COP28 tədbirinin keçirildiyi Birləşmiş Ərəb Əmirliyində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin iştirak etməsi və həmin o tədbir çərçivəsində önəmli görüşlərin keçirilməsi, bir sıra mühüm sənədlərin imzalanması təbii ki, Azərbaycanın orada fəaliyyətini fərqləndirən amillərdən oldu və təbii ki, ondan sonra dövlətlər növbəti COP tədbirinin  Azərbaycanda keçirilməsi ilə bağlı qərar aldı. Təxminən 100 minə yaxın  insanın iştirak edəcəyi bu ilin noyabrında Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı etibar və etimada sahib olduğunu göstərir. Təbii ki, bu,  gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə gətirib çıxaracaq, eyni zamanda, Azərbaycanın qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsindən, növbəti Prezident seçkilərinin keçirilməsindən sonra ən ciddi və aktual tədbirlərdən biri olacaq. Bu da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınması anlamına gəlir.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

Dünya sürətlə dəyişir

Azərbaycan növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. Daha dəqiq desək, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Onların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu sadə statistika həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Artıq keçirilməsinə alışdığımız və sanki gündəlik təcrübəmizə çevrilmiş bu tədbirlər əslində Vətənimiz Azərbaycanın beynəlxalq status və nüfuzunu o qədər artırıb ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.

Belə ki, tədbirdə Prezident cənab İlham Əliyev çıxış etdiyi zaman səsləndirdiyi fikrə: “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir” və “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır”. Bu mesajlar Qələbəmizin labüdlüyünü sübut edir, habelə Qələbəmizin beynəlxalq əhəmiyyətini göstərir. Cənab Prezidentimiz Zəfərmizin əhəmiyyətini vurğulayaraq bildirdi: “Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”. Bu “yaxınlığı” regiona məhz bizim Zəfərimiz bəxş edib. Odur ki, münaqişənin həlli bütün Qafqazın rifahı deməkdir. Burada ilk məntiqi qənaət ondan ibarət olmalıdır ki, münaqişəni süni şəkildə təkrar alovlandıranlar regionda sülhü istəməyən qüvvələrdir.  Eyni zamanda, cənab Prezidentin “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır” fikri sülh müqaviləsi ətrafında aparılan spekulyasiyaların qarşısını alır. Prezident cənab İlham Əliyev nüfuzlu beynəlxalq tədbir çərçivəsində açıq şəkildə bəyan edir ki, Azərbaycan sülhə hazırdır. Bundan sonra rəsmi İrəvanın sülh ilə bağlı müxtəlif manipulyativ bəyanatları yalnız siyasi sözbazlıq kimi qəbul olunmalıdır. Azərbaycan sözügedən tədbirin təşkilatçısı kimi beynəlxalq ictimaiyyətin gözü qarşısında yenə də regionda sülhün carçısı kimi çıxış edir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki