Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artıq yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Səfər eyni zamanda xalqlarımızın çoxəsrlik qarşılıqlı əlaqələrinin məntiqi davamıdır. Hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşlərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Diplomatik münasibətlərin qurulmasından ötən otuz il ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurub və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən nəticələr əldə edə biliblər. Tacikistan Prezidenti bildirib ki: “Bu münasibətlərin əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum Heydər Əliyev tərəfindən qoyulub. Gələn ay Heydər Əliyevin 100 illiyi Tacikistanda da qeyd ediləcək”.Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar, nə tərəqqi, nə də insanların rahatlığı olar. Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri, həmçinin prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar. Görüşlər və çıxışlar zamanı parlamentlərarası əməkdaşlığın, mədəni, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətlərinə önəm verilmiş, regional və beynəlxalq terrorizmə, ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin hər iki ölkənin milli maraqlarına uyğun olduğu bir daha ifadə edilmişdir. Ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə ciddi əlaqələr qurur, münasibətlərdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov
Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur
Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimiz genişlənir, dərinləşir və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Tacikistanla Azərbaycanın əlaqələri uzun illərdir ki, davam edir. 1992-ci il mayın 29-da iki qardaş ölkə arasında diplomatik münasibətlər qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanla Tacikistan arasında münasibətlərin inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri ilə yanaşı qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir. Bu günə qədər hər iki ölkənin Prezidenti çoxsaylı görüşlər keçiriblər. Keçirilən bütün görüşlərdə dövlət başçıları Azərbaycanla Tacikistan arasında əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə edərək əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bildiriblər.1996-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən də dəstəklənib. Hər iki dövlətin rəhbərləri arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana səfərləri qarşılıqlı münasibətlərdə mühüm addım olub. Həmçinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirib.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır.Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir. Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahəsində də inkişaf etməkdədir. İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir
Azərbaycan ilə Tacikistan münasibətləri qədim tarixə malikdir. Tarixən hər iki xalqı İpək yolu birləşdirsə də, dini etiqad ümumiliyi, hər ikisinin Şərq mədəniyyətinin mərkəzində yer tutmaları, zəhmətkeş, qonaqpərvər, sülhsevər keyfiyyətlərə malik olmaları, eyni dinə qulluq etmələri taciklərin azərbaycanlılarla həmrəyliyini şərtləndirən mühüm amillər olub. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur. Tacikistanın Cənubi Qafqazda ilk diplomatik nümayəndəliyi də məhz Bakıda açılıb. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Hər iki dövlətin rəhbərləri arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaranmışdır. Tacikistanda hazırda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Ötən illər ərzində bu ölkə dayanıqlı, sabit inkişafa nail olmuş mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış etmişdir. Beləliklə, ölkədə həyatın tələblərinə cavab verə biləcək müasir sənaye sahələri də yaradılıb. Bütün bunlar ölkənin iqtisadiyyatının dirçəldilməsinə müsbət təsir göstərib və tacik xalqı həyatın müxtəlif sahələrində yeni-yeni uğurlara imza atıb. Dövlət sektoruna daxil olan yeni infrastruktur bölmələri yaradılıb. Azərbaycan və Tacikistan Respublikaları strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Qeyd edək ki, bu iki ölkə arasında qardaş münasibətləri var. İndi də bu münasibətlər genişlənir və hər iki ölkə rəhbərliyi buna töhfə verir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar
Azərbaycan dövlətinin yürütdüyü çoxvektorlu xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığı özündə əks etdirməkdədir. Keçmiş post-sovet dövlətləri ilə əlaqələrimizin inkişafı, münasibətlərin çoxşaxəli olması xüsusilə vurğulanmalıdır. Bu mənada, Azərbaycan ilə Tacikistan arasında da mühüm əlaqələr mövcuddur. Qeyd edilməlidir ki, iki ölkə arasındakı diplomatik əlaqələr 29 may 1992-ci il tarixində yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ölkələrarası rəsmi əlaqələrin əsası isə hər iki dövlətin müstəqillik əldə etməsi ilə qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ardından iki dövlət arasında münasibətlər daha intensiv şəkildə inkişaf edib. bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı dövlətlərarası sənədlərin də mühüm əhəmiyyət mövcuddur. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə bir sıra mühüm sənədlər imzalanıb ki, bu da iki dövlət arasında çoxşaxəli əlaqələrin inkişfına rəvac verib. İki ölkə arasındakı münasibətlər Prezident cənab İlham Əliyevin ölkə başçısı seçilməsindən sonra da yüksək xəttlə inkişaf edib. iki dövlətin rəhbərləri arasında baş tutan görüşlər zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret layihələr üzərində iş aparılmasının vacibliyi vurğulanıb, hər iki ölkənin regionda daha geniş bazarlara çıxmaq üçün böyük potensiala malik olduğu bildirilib. Qeyd etmək lazımdır ki, iki ölkə arasında münasibətlər bu gün də yüksək səviyyədə inkişaf etməkdədir. Bir sıra müstəvilərdə – istər iqtisadi, istərsə də siyasi sferada hər zaman yüksək əlaqələrə malik olan Azərbaycan-Tacikistan münasibətləri milli maraqlar çərçivəsində sıx dostluq şəraitində davam etdirilir. Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan və Tacikistan parlamentləri arasında da bu gün sıx əlaqələr mövcuddur. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna çox ağır və çətin günlərdə qədəm qoyublar. Hər iki ölkədə stabillik və əmin-amanlıq bərqarar olduqca əlaqələrin möhkəmlənməsinə zəmin yaranıb. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Prezident cənab İlham Əliyevin Tacikistana dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Məhz bu baxımdan iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
























