Azərbaycan tələb edir, Paşinyan yerinə yetirir. Bu güzəştlərin sonu necə olacaq, bilmirəm.
Qanunla.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Artur Xaçatryan deyib.
Deputat Ermənistan hakimiyyətini marionet adlandırıb.
“Bakı isə İrəvanın heç bir təklifini ciddiyə almır. 1990-cı illərdə Ermənistanın əsası qoyuldu. Müəyyənləşdirilən ilkin prinsiplər müharibəyə səbəb olmadı (?). İndi isə Nikol Paşinyan gəldi və müharibənin baş verməsinə zəmin yaratdı. Müstəqillik Bəyannaməsi dəyişdirilməsə, Ermənistanı müharibə gözləyir”, – o bildirib.