image-qanunla-reklam
image-1657611379_88_main

Belarus Ukrayna ilə sərhəddə təlimlərə başladı

image-lady-day-az

Belarusda ərazi qoşunları ilə komanda-qərargah təlimləri başlayıb. Onların hazırlığı Ukrayna ilə həmsərhəd Qomel vilayətində baş tutacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 12-dən 14-dək Qomel Vilayət İcraiyyə Komitəsinin sədr müavininin rəhbərliyi altında Jlobin rayonunun ərazi qoşunları ilə komanda-qərargah təlimi keçirilir”, – məlumatda deyilir.

Məlumata görə, Belarus silahlı qüvvələrinin ölkənin poliqonlarında təlimi ən azı iyulun 16-dək uzadılıb. Ölkə həmçinin Ukrayna ilə sərhədə yaxın uçuşlara qadağanın müddətini də uzadıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki