Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.
XİN-in mətbuat xidmətindən Qanunla.Az-a verilən məlumata görə, Türkiyənin təşəbbüsü ilə baş tutacaq görüş videokonfrans formatında keçiriləcək.
























