Müzakirələr zamanı həm ikitərəfli müstəvidə, eyni zamanda, çoxtərəfli platformalarda münasibətlərimizə nəzər yetirmişik.
Qanunla.Az verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi birgə brifinqdə görüş barədə danışarkən söyləyib.
“Bu gün iqtisadi sahədə olan potensiala nəzər yetirilib. Kənd təsərrüfatı, telekommunikasiya məsələlərini müzakirə etdik. Eyni zamanda regional təhlükəsizliklə bağlı geniş fikir mübadiləsi apardıq. 44 günlük Vətən müharibəsi nəticəsində yaranan yeni reallıqlar barədə məlumat verdim. Bununla bağlı Azərbaycan dövlətinin prioritetlərindən danışdım”, – nazir bildirib.
Qeyd edək ki, bu gün Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə görüşüb.
























