“Barselona”nın qadınlardan ibarət komandası vaxtından əvvəl İspaniya çempionu olub.
Qanunla.az xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın XXIX turunda səfərdə “Real Betis”i 9:0 hesabı ilə darmadağın edərək nail olub.
“Barsa”nın aktivində 29 oyundan 81 xal var. İkinci pillədə qərarlaşan “Real Madrid” 75, üçüncü yerdə gedən “Atletiko Madrid”in isə 55 xalı var.
Qeyd edək ki, “Barselona” ardıcıl 6-cı, ümumilikdə 10-cu dəfə qadınlar arasında İspaniya çempionatının qalibi olub.