image-qanunla-reklam
image-putin-yeni

Bakı-İrəvan sülhü: Putin təşəbbüsü ələ alır – Markedonov

image-lady-day-az

Rusiya Prezidentinin Ermənistan və Azərbaycan başçıları ilə görüş keçirmək təşəbbüsü Moskvanın Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirmək niyyətindən xəbər verir.

Qanunla.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Moskva bütün gücü ilə açıq şəkildə bildirir ki, münaqişəni Rusiyanın baxışına uyğun həll etmək səyləri davam edəcək. Noyabrın 10-da (2020-ci il) Ermənistan, Rusiya və Azərbaycan liderləri müharibənin üstündən xətt çəkən üçtərəfli bəyanat imzaladı. O zaman Moskva sülh prosesinin və Bakı ilə İrəvan arasında qarşıdurmanın həllinin müstəsna moderatoru kimi görünürdü. Onun xüsusi rolu təkcə Azərbaycan və Ermənistan deyil, ABŞ, Fransa, o cümlədən İran və Türkiyə tərəfindən də tanınıb. Bu gün vəziyyət xeyli dəyişib. AB 2021-ci ilin dekabrından bu günə qədər olan dövr üçün sülhməramlı səylərini əhəmiyyətli dərəcədə artırıb. AB sözügedən ölkələr arasında sülhün imzalanmasına zəmin yaradan bəzi ikitərəfli sənədlərin meydana çıxmasına nail ola bildi. ABŞ da geridə qalmayıb. Və bu baxımdan Pelosinin İrəvana səfəri aysberqin yalnız görünən hissəsidir”, – o bildirib.

Markedonovun fikrincə, Blinken və Sallivanın fəaliyyəti də xüsusi diqqətə layiqdir:

“Bütün bunların fonunda Ukraynadakı müharibəyə görə Moskva son vaxtlar fasilə vermək qərarına gələn qüvvə kimi görünürdü. Amma Avropa liderlərinin Rusiyanı mühüm Qafqaz oyunçusu kimi sadəcə olaraq görməməzliyə vurduğu Praqadakı dördtərəfli görüşdən sonra Rusiya rəhbərliyi nəzərəçarpacaq dərəcədə fəallaşmaq qərarına gəldi. Xüsusilə, Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsi mövzusu daha fəal müzakirə olunmağa başladı, Kremlin Bakı və İrəvana təklif etməyə hazır olduğu “hərtərəfli sülh” şərtləri mövzusu qaldırıldı. Daha sonra Sergey Lavrov həmkarlarını üç ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrasını müzakirə etməyə dəvət edib. Və nəhayət, Rusiya Prezidenti imtina edilməsi asan olmayan təşəbbüs irəli sürdü”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki