Türkiyənin Azərbaycandakı səfirliyi Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.
“Qanunla.az” xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanla köklü əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsinin 2-ci ildönümü mübarək! Şuşa Bəyannaməsinin məqsədlərinə və ortaq gələcəyə baxışa uyğun olaraq, biz Can Azərbaycan ilə müstəsna əlaqələrimizi bütün ölçüləri ilə davam etdirəcəyik”.
























