image-qanunla-reklam
image-1695649622-baki-seheri-scaled

Azərbaycanın artıq daxili təhdidləri yoxdur

image-lady-day-az

Azərbaycanın artıq daxili təhdidləri yoxdur.

Artıq Qarabağ münaqişəsi həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç il keçməsinə baxmayaraq Ermənistan nə sənəddən irəli gələn öhdəlikləri yerinə yetirir, nə də Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atır. Hər zaman olduğu kimi, qarşı tərəf yenə də himayədarlarının təklifini gözləyir. Müxtəlif vasitələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğu diqqətdən kənarda qalmır. Amma bir reallığı unudur ki, Azərbaycan qalib ölkə olmaqla hazırkı dövrdə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Rəsmi Bakı ilk gündən bu bəyanatı da Ermənistanın və havadarlarının diqqətinə çatdırdı ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Təbii ki, Ermənistan ona yaradılan şansdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanı qazana bilər. İşğalçı dövlət 30 il yaşadığı asılılıq vəziyyətini bu gün də qabarıq şəkildə büruzə verir. Bütün hallarda Azərbaycan regionda dayanıqlı inkişafın və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı addımları ilə diqqətdədir. Dövlət başçısı sözügedən görüşdə bir daha Ermənistanın sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu təsdiqləyən faktları diqqətə çatdırdı. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı keçirilən görüşlərdə beynəlxalq hüququn 5 əsas prinsipinin özündə ehtiva edən sülh müqaviləsinə tərəfdar olduğunu bildirsə də əməldə tamamilə fərqli yanaşma nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edir. Cənab İlham Əliyev “Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi” söyləyərək onu da əlavə etdi ki, bu, ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoyulmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır.

Antiterror tədbirlərinin nəticələrindən sonra belə qənaət yarandı ki, sülh müqaviləsinin imzalanmasına artıq heç bir maneə qalmayıb. Lakin hadisələrin gedişindən də göründüyü kimi, Ermənistan havadarlarının dəstəyi ilə yenə də sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına çalışır. Eyni dəyərlərə malik olan Ermənistan-Fransa birliyi ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsini şərtləndirir. Cənab İlham Əliyev həmin görüşdə Fransa rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolundan bəhs edərək bildirdi ki, Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi: “Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil.”

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, görüşü dünyaya gələcəklə bağlı bir çağırışdır. Bu baxımdan ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri əsaslı şəkildə diqqətə çatdırır və bunların yolverilməz olduğunu bildirir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi bu gün də bu çağırışlarını bəyan edir. Diqqəti oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşünə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi: “Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır.” Azərbaycan Prezidentinin həqiqətlərə bir daha işıq salan bu görüşündə Ermənistana və ona dəstək verən dövlətlərə ciddi düşünməyi bir tələbə çevirən mesajlar ünvanlandı.

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olan dövlətlər, beynəlxalq təşkilatlar dəstəklərini sözdə deyil, əməldə nümayiş etdirməlidirlər. Ermənistan unudur ki, 30 illik işğal deyil, postmünaqişə dövrünün reallıqlarınıı yaşayırıq. Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Ədalətin, beynəlxalq hüququn qalib gəldiyi tarixi Zəfərimiz özündə mühüm çağırışları ehtiva edir. Seçim Ermənistanındır.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Ehtiram Osmanov

 

 

Beynəlxalq riyakarlığın təzahürü.

Dünyada neomüstəmləkəçi, ikiüzlü, irqçi siyasəti ilə tanınan Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəklənməsi, eləcə rəsmi Parisin postmüharibə dövründə ölkəmizlə bağlı səsləndirdiyi əsassız iddialar onun anti-Azərbaycan siyasətinə dəlalət edir. Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə işğalçı Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışında bildirib ki, Fransanın rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu qeyd etmək lazımdır. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Dövlətimizin başçısı qvurğulayıb ki, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər: “Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”.

Birmənalı demək olar ki, son iki həftə Cənubi Qafaqzın tarixində hərbi müstəvidə ən sabit dövr kimi qiymətləndirilir. Şübhəsiz, bu sabitlik Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri zamanı mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması sayəsində  mümkün olub. Çox təəssüf ki, hərbi müstəvidə yaranmış bu sabitliyə Fransa başda olmaqla bəzi ölkələr və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Xüsusilə, Fransanın Ermənistana silah-sursat verməsi, bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvandakı çıxışı, sentyabrın 11-də Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Əlbəttə ki, əsas məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

Erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər və bu məsələdə əsas skripkanı çalan Fransadır.

Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa hazırda Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir.  Müxtəlif kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, Fransanın mülki təhlükəsizlik əsgərləri artıq Ermənistandadır. Fransa Respublikasının Ermənistandakı səfiri Olivier Decotignynin “X”dəki mikrobloqunda verdiyi məlumata görə, “HOPE FSX2023” aksiyasında iştirak etmək üçün Fransanın 56 mülki təhlükəsizlik işçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə postu, 8 ton texnika və 2 xilasedici it Ermənistana gətirilib. Fransanın xisləti budur. Heç kimə sirr deyil ki, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ münaqişəsində bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanı dəstəkləyib. Bu ölkənin başçısı Emmanuel Makron beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq açıq şəkildə ermənipərəstlik edib. Birmənalı demək olar ki, son zamanlar Fransanın apardığı siyasət Azərbaycanla Ermənistan arasında sülh prosesinə xələl gətirir və regionda davamlı sülhün bərqərar olmasına əngəl törədir. Daha doğrusu, Prezident Emmanuel Makron öz irqçi, təxribatçı və yanlış siyasəti ilə bölgəni qaynar qazana çevirmək istəyir.

Amma Fransa unutmamalıdır ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri, bəlkə də birincisi bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Fransadan fərqli olaraq Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Başda E. Makron olmaqla rəsmi Parisə xatırlatmaq istərdik ki, irqçi, militarist, isalmofob, Ermənistanın əli ilə Cənubi Qafqaz regionuna soxulmağa cəhd edən Fransa Afrikada, bir az da dəqiq desək Nigerdə və digər ölkələrdə olduğu kimi, bölgəmizdə də fiaskoya uğryacaq. Dünyada neomüstəmləkəçi, ikiüzlü, irqçi siyasəti ilə tanınan Fransanın İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanı dəstəklənməsi, eləcə rəsmi Parisin postmüharibə dövründə ölkəmizlə bağlı səsləndirdiyi əsassız iddialar onun anti-Azərbaycan siyasətinə dəlalət edir. Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə işğalçı Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır.

Azərbaycan respublikasının cənab Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə  bildirib ki, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər: “Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”Dövlətimizin başçısı sözügedən görüş zamanı onu da diqqətə çatdırıb ki, Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir.Məkrli Makron bu yaxınlarda yerli televiziyalara müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirərək növbəti dəfə “erməni sevgisi” nümayiş etdirib. Makronun dövlətimizin 44 günlük müharibədə öz torpaqlarını erməni işğalından azad etməsini “Azərbaycanın 2020-ci ilin payız-qışında dəhşətli şərtlər altında ələ keçirdiyi  region”, “azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqları tamamilə pozulub” kimi fikirləri tamamilə qəbul olunmazdır.

Fransa Prezidenti hansı əsasla bu fikirləri səsləndirir? Axı bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətsizlikdir. ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Sözügedən müsahibədə Makron rəsmi Parisin Ermənistanın ərazi bütövlüyünün qorunması məsələsini də diqqət mərkəzində saxladığını deyib. Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə aktivliyini davam etdirir. ABŞ-ın ardınca rəsmi Paris də təlim adı altında Ermənistana hərbçilərini göndərib. İlkin olaraq 56 fransız hərbçi İrəvana göndərilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, fransız hərbçilər “HOPE FSX2023” təlimlərində iştirak edəcəklər. Məlumata görə, Ermənistana “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da bu, fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. 30 ilə yaxın davam etmiş keçmiş “Qarabağ münaqişəsi”nin həllində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun üzvü kimi “missionerliyini” tam başa çatdırmayan Fransa regiona yenidən nüfuz etmək niyyətindədir. Bu yolda isə Ermənistandan vasitə kimi istifadə edir.

 Zərdab rayon Gənclər və İdman sektorunun əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki