image-qanunla-reklam
image-azerbeycan-8

Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələr

image-lady-day-az

Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələr.
Hər bir xalqın ən möhtəşəm nailiyyəti, ən böyük xoşbəxtliyi zəngin mədəniyyətə malik olmasıdır.Mənəvi xəzinəni qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyaya tanıtmaq olduqca vacibdir. Ölkəmizdə bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Hər il olduğu kimi, 2017-ci ildə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə genişmiqyaslı mədəniyyət layihələri həyata keçirildi. Həmin beynəlxalq tədbirlər milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, elm, təhsil, ədəbiyyat, incəsənət və musiqimizin qorunması, inkişafı və dünya miqyasında təbliği baxımından əhəmiyyətli oldu.
Xatırladaq ki, Heydər Əliyev Fondunun fəaliyyətində milli irsimizin qorunması xüsusi yer tutur. Çoxəsrlik tarixə malik Azərbaycan muğamı da UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına fondun təşəbbüsü ilə daxil edilib. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunub. Azərbaycan xalqının ən dəyərli mənəvi xəzinələrindən olan musiqi sənətimizin və bu sənəti yaşadanların tanıdılması istiqamətində gördüyü məqsədyönlü işləri fond 2017-ci ildə də bütün il boyu davam etdirdi. Bunlardan biri də Heydər Əliyev Fondunun dəstəyi ilə altıncı dəfə təşkil edilən “Muğam televiziya müsabiqəsi” oldu. Müsabiqənin keçirilməsində məqsəd bizə ulularımızın əmanəti olan muğamlarımızın yaşadılması, təbliği, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsidir. 2017-ci il martın 14-dən iyunun 12-dək keçirilən “Muğam televiziya müsabiqəsi-2017” də əvvəlki müsabiqələr kimi yaddaqalan oldu. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə apardılar. Ötən ilin sentyabrında Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə və Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış etdilər. Musiqi festivalı günlərində ümumilikdə 30-dan artıq tədbir təşkil olundu.
Beş il bundan öncə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını ölkənin müasir tarixində mühüm hadisə kimi dəyərləndirən millət vəkili qeyd edib ki, hazırda Birinci vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyətinin dövlət idarəçilik sisteminə müasirlik qatdığını vurğulayan Aqiyə Naxçıvanlı bu təyinatın peşəkarlıq amilinin aktuallığını artırdığını deyib: “Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmin keçirilən Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən dövlətimizin başçısı demişdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Həqiqətən də Mehriban xanım Əliyevanın mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə, zəngin mədəniyyətimizin təbliğinə, müxtəlif istiqamətlərdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən yeni layihələrin  reallaşdırılmasına yönəldilmiş fəaliyyəti bu gün Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini səciyyələndirən əsas cəhətlər kimi dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni qeyd etmək olar. Həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələr həyata keçirilir. Birinci vitse-prezident mütəmadi olaraq ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində mühüm beynəlxalq layihələri reallaşdırır.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki