image-qanunla-reklam
image-4e021a8a20538e9ad708c20aea3ec0e3

Azərbaycan və BƏƏ nümayəndə heyətləri arasında görüş keçirildi

image-lady-day-az

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Qanunla.az xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Birləşmiş Ərəb Əmirlikləri Federal Gömrük İdarəsinin Baş direktoru Ahmed Abdullah Bin Lahej Al Falasi, eləcə də Dubay və Şarjah gömrük administrasiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə hər iki ölkənin gömrük orqanları arasındakı işgüzar münasibətlərin daha da gücləndirilməsi, əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin məlumat mübadiləsi, gömrük hüquqpozmaları, informasiya texnologiyaları, risklərin idarəolunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki