image-qanunla-reklam
image-baku_00

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür

image-lady-day-az

Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür

Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Dilarə Hacızadə

 

 

Önəmli əməkdaşlıq istiqaməti

Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər. Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.

Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq nüfuzunun davamlı olaraq artması, praqmatik xarici siyasət həyata keçirməsi və digər amillər dünya dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən mühüm strateji faktorlar sırasında yer alır. Nəticə etibarilə, həyata keçirilən səmərəli xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, bu isə respublikamızın ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafını şərtləndirir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı çoxkonfessiyalı diyar kimi tanınmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu, bizim böyük sərvətimizdir. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Azərbaycanda tarixən müxtəlif xalqlar və dini icmalar məskunlaşmış, onlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, eyni zamanda Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasət sayəsində öz etnomədəni xüsusiyyətlərini, inanclarını, yaşam tərzlərini və adət-ənənələrini qoruyub-saxlamış, hətta qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində ümumazərbaycan mədəniyyətinə böyük töhfələrini vermişlər. Bu prinsiplərin təməli isə vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının inkişafı, buradakı sabitliyin möhkəmlənməsi istiqamətində atılmış uğurlu addımların arxasında Azərbaycançılıq məfkürəsi, multikultural dəyərlər dayanmaqdadır. Sirr deyildir ki, həm də bu dəyərlərin qorunub inkişaf etdirilməsinə görə Azərbaycan regionun ən sabit və lider ölkəsi kimi tanınmaqdadır. Hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycan Ermənistan ilə arasındakı problemini müsəlman-xristian münaqişəsinə çevirmədi. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları var idi. Baxmayaraq ki, Ermənistan işğal dövründə bütün dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən dağıtmış, amma xalqımız tolerantlığın ən bariz nümunəsi kimi Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışdır.

Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.

Xalqımız da ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır

“Euronews” televiziyası beynəlxalq ictimai rəyin formalaşdırılmasında ən fəal rol oynayan qlobal media qurumlarından biri kimi tanınır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyası kimi mötəbər bir KİV-də müsahibəsinin yer alması həqiqətən də mühüm hadisədir. Cənab Prezident “Euronews”-un yaratdığı fürsətdən səmərəli surətdə yararlanaraq həm sülh gündəliyinə dair çağırışları səsləndirdi, həm də Azərbaycanın son 30 il ərzində (işğal dövründə və postmüharibə dönəmində) keçdiyi inkişaf yolu, iqtisadi potensialı və gələcək inkişafperspektivlər haqqında ətraflı təsəvvür formalaşdırdı. Başqa sözlə desək, İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın uğurlu təqdimatı və tanıtımı oldu. Azərbaycan həqiqətləri və ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul olunması faktı “Euronews” üzərindən hamıya bəyan edildi. Dövlətimizin başçısı sözügedən müsahibəsində uğurlarımızın əsasında başlıca amillərdən biri olaraq məhz dövlətimizin müstəqil siyasət, milli maraqlara əsaslanan siyasət yürütməsi prinsipinin dayandığını vurğuladı və hazırda ən mühüm vəzifələrimizdən biri kimi ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirlərdən və daxili işlərimizə müdaxilələrdən qorumağın vacibliyini qeyd etdi. Cənab Prezident müsahibəsində “Euronews” auditoriyasının diqqətinə çatdırdı ki, Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasəti səmərəlidir. Və biz beynəlxalq arenada müstəqil siyasət yürütməyə bundan sonra da davam edəcəyik.

Azərbaycanın xarici siyasətində heç şübhəsiz ki, əsas prioritet istiqamətlərdən birini də məhz Qoşulmama Hərəkatına önəmli geosiyasi instrument kimi yanaşmağımız faktoru təşkil edir. Dövlət başçımız “Euronews”-a müsahibəsində Qoşulmama Hərəkatının hazırda dünya siyasətində aparıcı aktorlardan birinə çevrilməsində Azərbaycanın oynadığı rolu barədə danışaraq bildirdi ki, biz artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik.

“Euronews”-a müsahibədə diqqəti çəkən bir önəmli məqam da cənab İlham Əliyevin rəsmi İrəvanın indi daha inamlı şəkildə Azərbaycanla sülh istiqamətində real addımlar atacağına ümid bəslədiyini ifadə etməsi oldu. Prezident müsahibəsində həmçinin Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik: “Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur”.
Ümumiyyətlə, “Euronews” auditoriyasının diqqətinə çatdırıldı ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var və bu etnik qrupların bəzilərinin əhali sayı Qarabağdakı erməni əhalisinin sayından qat-qat çoxdur. Lakin ermənilərdən fərqli olaraq onlar separatçılığa təşəbbüs göstərmirlər. Azərbaycandakı xalqların hamısı bütün konstitusion hüquq və təminatlardan faydalanır və onlar sülh içində yaşayırlar. Ermənilər də bu xalqlardan yaxşı nümunə götürməli və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa səy göstərməlidirlər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki