image-qanunla-reklam
image-1674205026_1b2abc80-9873-11ed-80d6-337feeda602f

Avtomobilində kəmər taxmayan Baş nazir cərimələnə bilər

image-lady-day-az

Rəsmi sosial media hesabında yayımlanan videoda İngiltərə Baş naziri Rişi Sunakın hərəkətdə olan avtomobilin sərnişin oturacağında olarkən təhlükəsizlik kəməri taxmadığını əks olunub.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Sunakın bu görüntüləri ölkədə müzakirələrə səbəb olub.

Bundan sonra, Baş nazirliyin sözçüsü Ceymi Davies, Sunakın İngiltərənin şimal-qərbinə səfəri zamanı rəsmi dövlət maşınının arxasında İnstaqramda yayımlamaq üçün çəkdiyi videoya görə açıqlama verib.

“Baş nazir Sunak səhvini qəbul edir və hər kəsdən üzr istəyir. Həmçinin, Sunak hər kəsin təhlükəsizlik kəməri taxması lazım olduğunu vurğulayır”.

Böyük Britaniyada təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cəza 500 funt-sterlinqdir (620 dollar).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki